MƏBƏS GÜNÜ
27 rəcəb "Məbəs günü"dür və olduqca şərafətli bir gündür. Həzrət Rəsulallah (s) peyğəmbərliyə seçildiyi dövrdə ərəb yarımadasında cəhalət və azğınlıq hökm sürürdü: tövhid izləri aradan getmiş və insanlıq işığı sönmüş, insanların inancları xurafata və təhrifə uğrayaraq əvvəlki peyğəmbərlərin ülvi hədəfləri unudulmuşdu, bütpərəstlik, cinayət və qız uşaqlarının diri-diri basdırılması, zülm və haqsızlıq, qarət və qan tökmək, zəif və gücsüzlərin haqqını tapdalamaq, əxlaqsızlıq baş alıb gedirdi. Başqa diyarların camaatı da neçəallahlılığa tapınmış, məhəbbət və ədalət aradan qalxmış, insani dəyərlər tənəzzül etmişdi. Mütəal Allah belə bir dövrdə bəşəriyyəti hidayət etmək – insanları bütpərəstlik və şirkdən əl çəkib təkallahlılığa tapınmağa səsləmək, günah və cəhalət zülmətindən çıxıb iman və elm, paklıq və təqva yoluna dəvət etmək üçün Həzrət Məhəmmədi (s) peyğəmbərliyə seçdi. Məbəs, bəşər cəmiyyətlərində heyrətamiz bir dəyişiklik və insan ruhunun dirçəlişində böyük bir inqlab yaratdı. Bu səbəbdən də Həzrət Rəsulallahın (s) besət gününü İxlas və "insani dəyərlərin dirçəlişi günü" adlandırmaq olar. Bu günü uca tutmaq və Həzrət Rəsulallahı (s) əzəmətlə yad etmək üçün bayram mərasimləri təşkil etmək, həqiqətdə bəşəriyyətin o böyük müəlliminin hədəflərini uca tutmaq, Tövhidə, Nübüvvətə və o həzrətin insan cəmiyyətlərinə ərməğan gətirdiyi bütün insani dəyərlərə vəfadarlığı elan etmək deməkdir. Hədislərin birində İmam Sadiq (ə) "Məbəs günü"nün şərafətli bayramlardan biri olduğunu vurğulamışdır. Hədislərə istinadən, bu gündə bir neçə əməli yerinə yetirmək müstəhəb hesab olunur:
1) Bu gündə qüsl etmək müstəhəbdir.
2) Məbəs günü ilin dörd günündən biridir ki, bu gündə oruc tutmağın çox böyük fəziləti və savabları vardır. Hədislərin birində İmam Sadiq (ə) buyurur: "Hər kim rəcəbin iyirmi yeddinci günü oruc tutsa, Allah ona yetmiş ilin orucunun savabını yazar."
3) Çoxlu salavat demək bəyənilir. İmam Sadiq (ə) buyurub: "Bu gün oruc tut və Məhəmməd və onun xanidanına çoxlu salavat göndər."
4) Həzrət Rəsulallahı (s) və Əmirəl-möminini (ə) ziyarət etmək.
5) Rəyyan ibn Səlt nəql edir ki, İmam Məhəmməd Təqi (ə) Bağdadda olduğu müddətdə rəcəb ayının on beşinci və iyirmi yeddinci gününü oruc tutardı, o həzrətin səhabələri də oruc tutardılar. O həzrət bizə buyurdu ki, on iki rəkət (iki rəkət-iki rəkət) namaz qılaq: hər rəkətdə Fatihə surəsini və Quranın bir surəsini oxuyaq. Namazları qılıb qurtardıqdan sonra
وَ اللّٰهُ اَكْبَرُ
وَ سُبْحَانَ اللّٰهِ
وَ الْحَمْدُ لِلَّهِ
وَ لَا حَوْلَ وَ لَا قُوَّةَ اِلَّا بِاللّٰهِ الْعَلِيِّ الْعَظِيْمِ۔
Sonra dörd dəfə deyək:
اَللّٰهُ اَللّٰهُ رَبِّي لَا اُشْرِكُ بِهِ شَيْئًا۔
Daha sonra dörd dəfə deyək:
لَا اُشْرِكُ بِرَبِّي اَحَدًا۔
6) On iki rəkət olan başqa bir namazı qılmaq: Şeyx Tusi Hüseyn ibn Ruhdan belə nəql edir: Bu gündə on iki rəkət (iki rəkət-iki rəkət) namaz qıl. Hər rəkətdə Fatihədən sonra Quranın istədiyin bir surəsini oxu. Hər iki rəkəti qılıb namazın salamını dedikdən sonra de:
اَلْحَمْدُ لِلّٰهِ الَّذِيْ لَمْ يَتَّخِذْ وَلَدًا
وَ لَمْ يَكُنْ لَهُ شَرِيْكٌ فِي الْمُلْكِ
وَ لَمْ يَكُنْ لَهُ وَلِيٌّ مِنَ الذُّلِّ
وَ كَبِّرْهُ تَكْبِيْرًا
يَا عُدَّتِيْ فِي مُدَّتِيْ
يَا صَاحِبِيْ فِي شِدَّتِيْ
يَا وَلِيِّيْ فِي نِعْمَتِيْ
يَا غِيَاثِيْ فِي رَغْبَتِيْ
يَا نَجَاحِيْ فِي حَاجَتِيْ
يَا حَافِظِيْ فِي غَيْبَتِيْ
يَا كَافِيَّ فِي وَحْدَتِيْ
يَا اُنْسِيْ فِي وَحْشَتِيْ
اَنْتَ السَّاتِرُ عَوْرَتِيْ
فَلَكَ الْحَمْدُ
وَ اَنْتَ الْمُقِيْلُ عَثْرَتِيْ
فَلَكَ الْحَمْدُ
وَ اَنْتَ الْمُنْعِشُ صَرْعَتِيْ
فَلَكَ الْحَمْدُ
صَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
وَ اسْتُرْ عَوْرَتِي
وَ اٰمِنْ رَوْعَتِي
وَ اَقِلْنِيْ عَثْرَتِيْ
وَ اصْفَحْ عَنْ جُرْمِيْ
وَ تَجَاوَزْ عَنْ سَيِّئَاتِيْ
فِي اَصْحَابِ الْجَنَّةِ
وَعْدَ الصِّدْقِ الَّذِيْ كَانُوْا يُوْعَدُوْنَ۔
Namaz və dua tamamlandıqdan sonra
لَا اِلٰهَ اِلَّا اللّٰهُ
وَ اللّٰهُ اَكْبَرُ
وَ سُبْحَانَ اللّٰهِ
وَ لَا حَوْلَ وَ لَا قُوَّةَ اِلَّا بِاللّٰهِ۔
Daha sonra yeddi dəfə de:
اَللّٰهُ اَللّٰهُ رَبِّي لَا اُشْرِكُ بِهِ شَيْئًا۔
Sonra Allahdan öz istəklərini dilə.
7) Bu duanı İmam Musa ibn Cəfər (ə) hicri 179-cu il rəcəb ayının 27-də Mədinədən Bağdada aparılarkən oxumuşdur:
يَا مَنْ اَمَرَ بِالْعَفْوِ وَ التَّجَاوُزِ
وَ ضَمَّنَ نَفْسَهُ الْعَفْوَ وَ التَّجَاوُزَ
يَا مَنْ عَفَا وَ تَجَاوَزَ
اعْفُ عَنِّيْ وَ تَجَاوَزْ يَا كَرِيْمُ
اَللّٰهُمَّ وَ قَدْ اَكْدَى الطَّلَبُ
وَ اَعْيَتِ الْحِيْلَةُ وَ الْمَذْهَبُ
وَ دَرَسَتِ الْاٰمَالُ
وَ انْقَطَعَ الرَّجَاءُ اِلَّا مِنْكَ
وَحْدَكَ لَا شَرِيْكَ لَكَ
اَللّٰهُمَّ اِنِّي اَجِدُ سُبُلَ الْمَطَالِبِ اِلَيْكَ مُشْرَعَةً
وَ مَنَاهِلَ الرَّجَاۤءِ لَدَيْكَ مُتْرَعَةً
وَ اَبْوَابَ الدُّعَاۤءِ لِمَنْ دَعَاكَ مُفَتَّحَةً
وَ الْاِسْتِعَانَةَ لِمَنِ اسْتَعَانَ بِكَ مُبَاحَةً
وَ اَعْلَمُ اَنَّكَ لِدَاعِيْكَ بِمَوْضِعِ اِجَابَةٍ
وَ لِلصَّارِخِ اِلَيْكَ بِمَرْصَدِ اِغَاثَةٍ
وَ اَنَّ فِي اللَّهْفِ اِلٰى جُوْدِكَ وَ الضَّمَانِ بِعِدَتِكَ
عِوَضًا مِنْ مَنْعِ الْبَاخِلِيْنَ۔
وَ مَنْدُوْحَةً عَمَّا فِيْ اَيْدِي الْمُسْتَاْثِرِيْنَ
وَ اَنَّكَ لَا تَحْتَجِبُ عَنْ خَلْقِكَ
اِلَّا اَنْ تَحْجُبَهُمُ الْاَعْمَالُ دُوْنَكَ
وَ قَدْ عَلِمْتُ اَنَّ اَفْضَلَ زَادِ الرَّاحِلِ اِلَيْكَ
عَزْمُ اِرَادَةٍ يَخْتَارُكَ بِهَا
وَ قَدْ نَاجَاكَ بِعَزْمِ الْاِرَادَةِ قَلْبِيْ
وَ اَسْاَلُكَ بِكُلِّ دَعْوَةٍ دَعَاكَ بِهَا رَاجٍ بَلَّغْتَهُ اَمَلَهُ
اَوْ صَارِخٌ اِلَيْكَ اَغَثْتَ صَرْخَتَهُ
اَوْ مَلْهُوْفٌ مَكْرُوْبٌ فَرَّجْتَ كَرْبَهُ
اَوْ مُذْنِبٌ خَاطِئٌ غَفَرْتَ لَهُ
اَوْ مُعَافًى اَتْمَمْتَ نِعْمَتَكَ عَلَيْهِ
اَوْ فَقِيْرٌ اَهْدَيْتَ غِنَاكَ اِلَيْهِ
وَ لِتِلْكَ الدَّعْوَةِ عَلَيْكَ حَقٌّ وَ عِنْدَكَ مَنْزِلَةٌ
اِلَّا صَلَّيْتَ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
وَ قَضَيْتَ حَوَآئِجِيْ حَوَآئِجَ الدُّنْيَا وَ الْاٰخِرَةِ
وَ هَذَا رَجَبٌ الْمُرَجَّبُ الْمُكَرَّمُ
الَّذِيْ اَكْرَمْتَنَا بِهِ اَوَّلُ اَشْهُرِ الْحُرُمِ
اَكْرَمْتَنَا بِهِ مِنْ بَيْنِ الْاُمَمِ
يَا ذَا الْجُوْدِ وَ الْكَرَمِ
فَنَسْاَلُكَ بِهِ وَ بِاسْمِكَ الْاَعْظَمِ الْاَعْظَمِ الْاَعْظَمِ
الْاَجَلِّ الْاَكْرَمِ
الَّذِيْ خَلَقْتَهُ فَاسْتَقَرَّ فِي ظِلِّكَ
فَلَا يَخْرُجُ مِنْكَ اِلٰى غَيْرِكَ
اَنْ تُصَلِّيَ عَلٰى مُحَمَّدٍ وَ اَهْلِ بَيْتِهِ الطَّاهِرِيْنَ
وَ تَجْعَلَنَا مِنَ الْعَامِلِيْنَ فِيْهِ بِطَاعَتِكَ
وَ الْاٰمِلِيْنَ فِيْهِ بِشَفَاعَتِكَ۔
اَللّٰهُمَّ وَ اهْدِنَا اِلٰى سَوَاءِ السَّبِيْلِ
وَ اجْعَلْ مَقِيْلَنَا عِنْدَكَ خَيْرَ مَقِيْلٍ فِي ظِلٍّ ظَلِيْلٍ
فَاِنَّكَ حَسْبُنَا وَ نِعْمَ الْوَكِيْلُ
وَ السَّلَامُ عَلٰى عِبَادِهِ الْمُصْطَفَيْنَ
وَ صَلَوَاتُهُ عَلَيْهِمْ اَجْمَعِيْنَ
اَللّٰهُمَّ وَ بَارِكْ لَنَا فِي يَوْمِنَا هٰذَا الَّذِيْ فَضَّلْتَهُ
وَ بِكَرَامَتِكَ جَلَّلْتَهُ
وَ بِالْمَنْزِلِ الْاَعْلٰى اَنْزَلْتَهُ
صَلِّ عَلٰى مَنْ فِيْهِ اِلٰى عِبَادِكَ اَرْسَلْتَهُ
وَ بِالْمَحَلِّ الْكَرِيْمِ اَحْلَلْتَهُ
اَللّٰهُمَّ صَلِّ عَلَيْهِ صَلَاةً دَاۤئِمَةً تَكُوْنُ لَكَ شُكْرًا
وَ لَنَا ذُخْرًا
وَ اجْعَلْ لَنَا مِنْ اَمْرِنَا يُسْرًا
وَ اخْتِمْ لَنَا بِالسَّعَادَةِ اِلٰى مُنْتَهَىٰ اٰجَالِنَا
وَ قَدْ قَبِلْتَ الْيَسِيْرَ مِنْ اَعْمَالِنَا
وَ بَلَّغْتَنَا بِرَحْمَتِكَ اَفْضَلَ اٰمَالِنَا
اِنَّكَ عَلٰى كُلِّ شَيْءٍ قَدِيْرٌ
وَ صَلَّى اللّٰهُ عَلٰى مُحَمَّدٍ وَ اٰلِهِ وَ سَلَّمَ۔
8) "İqbalul Amal" kitabında qeyd olunur ki, bu gün bu cümləylə başlayan duanı da oxuyun:
اَللّٰهُمَّ اِنِّىْ اَسْاَلُكَ بِالتَّجَلِّى الْاَعْظَمُ۔
Bu "Məbəs Gecəsinin Duası" bölümündə qeyd etdiyimiz duadır.
RƏCƏB AYININ AXIRINCI GÜNÜ
Bu gündə cənab Salmanın namazını qıl. Bu gündə oruc tutmağın da böyük savabı vardır. İmam Rza (ə) buyurmuşdur: "Hər kim rəcəb ayının axırıncı günü oruc tutsa, Allah onun günahlarını bağışlayar."