RAMAZANIN ON BEŞİNCİ GECƏSİ
Bu gecə çox fəzilətli gecələrdən biridir və bu gecədə bir neçə əməl yerinə yetirilir:
1) Qüsl etmək.
2) Altı rəkət (iki rəkət-iki rəkət) namaz qılmaq: hər rəkətdə
3) Yüz rəkət namaz qılmaq: hər rəkətdə Fatihədən sonra on dəfə İxlas surəsi oxunur. Əmirəl-möminin Əli (ə) Həzrət Rəsulallahın (s) belə buyurduğunu nəql edir: "Hər kim bu əməli yerinə yetirsə, Allah ona tərəf on mələk göndərər ki, düşmənləri ondan dəf etsin. Həmçinin ölüm ayağında otuz mələyi onun yanına göndərər ki, ona Cənnəti müjdə versinlər və digər otuz mələk də onu cəhənnəm odundan qoruyar."
4) İmam Hüseyni (ə) ziyarət etmək: İmam Sadiqdən (ə) soruşdular ki, ramazan ayının on beşinci gecəsi İmam Hüseynin (ə) qəbrini ziyarət edən kəsin savabı nədir? O həzrət buyurdu: "Xoş o kəsin halına ki, ramazan ayının on beşinci gecəsi İmam Hüseynin (ə) qəbri kənarında işa namazından sonra on rəkət namaz – hər rəkətdə Fatihə surəsindən sonra on dəfə İxlas surəsini oxuyaraq – qılsın və cəhənnəm odundan Allaha pənah aparsın. Allah-Təala bu əməlin savabı olaraq onun adını "oddan azad olanlar" siyahısında qeyd edər və ölümündən qabaq mələklər ona cənnət müjdəsi verərlər, bir dəstə mələk isə onu cəhənnəm odundan qoruyar."
RAMAZANIN ON BEŞİNCİ GÜNÜ
Hicrətin 3-cü ili ramazan ayının on beşinci günündə İmam Həsən Müctəba (ə) dünyaya göz açdı. Bəzi tarixçilər İmam Məhəmməd Təqinin (ə) də ramazan ayının on beşi (hicri-qəməri 195-ci il) dünyaya gəldiyini qeyd etmişlər, əlbəttə, bu nəzər qeyri-məşhurdur. Bu gün olduqca fəzilətli bir gündür və bu gündə ehtiyaclılara əl tutmağın, sədəqə verməyin böyük savabı vardır.