EN اردو RO AZ
🌐
English اردو Roman Azerbaijani
🏠 🔍
RƏCƏB AYININ BİRİNCİ GECƏSİ
Bu gecədə bir sıra əməlləri yerinə yetirmək tövsiyə olunur:
1) Rəvayət olunur ki, rəcəb ayının hilalı göründükdə Həzrət Rəsulallah (s) bu duanı oxuyardı:
اَللّٰهُمَّ اَهِلَّهُ عَلَيْنَا بِالْاَمْنِ وَ الْاِيمَانِ
وَ السَّلَامَةِ وَ الْاِسْلَامِ
رَبِّي وَ رَبُّكَ اللّٰهُ عَزَّ وَ جَلَّ۔
Həmçinin rəvayət olunur ki, Həzrət Rəsulallah (s) rəcəb ayının hilalını gördükdə buyurardı:
اَللّٰهُمَّ بَارِكْ لَنَا فِي رَجَبٍ وَ شَعْبَانَ
وَ بَلِّغْنَا شَهْرَ رَمَضَانَ
وَ اَعِنَّا عَلَى الصِّيَامِ
وَ الْقِيَامِ
وَ حِفْظِ اللِّسَانِ
وَ غَضِّ الْبَصَرِ
وَ لَا تَجْعَلْ حَظَّنَا مِنْهُ الْجُوْعَ وَ الْعَطَشَ۔
2) Qüsl etmək: Mərhum Seyid İbn Tavus deyir ki, "İbadat" kitablarında Həzrət Rəsulallahın (s) buyurduğu bu hədislə rastlaşdım: "Hər kim rəcəb ayını yaşasa və onun əvvəlində, ortasında və axırında qüsl etsə, günahlardan təmizlənər və anadan doğulduğu gündə olduğu kimi pak olar."
3) Bu gecə İmam Hüseyni (ə) ziyarət etməyin böyük savabı vardır.
4) Məğrib namazından sonra iyirmi rəkət (iki rəkət-iki rəkət) namaz qılınır: hər rəkətdə bir dəfə Fatihə və bir dəfə İxlas surəsi oxunur. Həzrət Rəsulallah (s) bu namazın savabı barədə buyurub: "Hər kim bu namazı qılarsa, and olsun Allaha, özü, ailəsi, malı və övladları qorunar və qəbir əzabından ona pənah verilər... Qiyamətdə sürətlə Siratdan keçər."
5) İşa namazından sonra iki rəkət namaz qılınır: birinci rəkətdə Fatihədən sonra bir dəfə
لَا اِلٰهَ اِلَّا اللهُ۔
və otuz dəfə salavat deyilir.
اَللّٰهُمَّ صَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ۔
Həzrət Rəsulallah (s) buyurmuşdur: "Hər kim bu namazı qılsa, Allah onun günahlarını bağışlayar və o, günahdan pak olar."
6) Otuz rəkət namaz qılınır (iki rəkət-iki rəkət): hər rəkətdə Fatihədən sonra bir dəfə Kafirun və üç dəfə İxlas surəsi oxunur. Həzrət Rəsulallah (s) bir hədisdə belə buyurmuşdur: "Əgər mömin kişi və qadın bu namazı qılsa, Allah onun bütün kiçik və böyük günahlarını bağışlayar, onun adını gələn ilədək "namaz qılanlar"ın siyahisində yazar və o, münafiqlikdən pak olar."
7) Bu gecəni oyaq qalıb ibadətlə məşğul olmaq: Şeyx Tusi "Misbahul-mutəhəccid"də qeyd edir ki, İmam Sadiq (ə) cəddi Əmirəl-möminin Əlinin (ə) barəsində belə buyurub: "O həzrət ilin dörd gecəsini hər işi kənara qoyub ibadətlə məşğul olmağı sevərdi: rəcəb ayının birinci gecəsi, şaban ayının on beşinci gecəsi, Fitr və Qurban bayramlarının gecələri." Başqa bir hədisdə İmam Sadiq (ə) buyurub: "Çalış ki, Fitr və Qurban bayramlarının gecələri, ... rəcəb ayının birinci gecəsi oyaq qalıb ibadət edəsən."
8) İmam Cavadın (ə) buyurduğu duanı oxumaq: İmam Cavad (ə) buyurmuşdur: "Müstəhəbdir ki, insan rəcəb ayının birinci gecəsində bu kəlmələrlə dua etsin:
اَللّٰهُمَّ اِنِّي اَسْاَلُكَ بِاَنَّكَ مَلِكٌ
وَ اَنَّكَ عَلٰى كُلِّ شَيْ‏ءٍ مُقْتَدِرٌ
وَ اَنَّكَ مَا تَشَاءُ مِنْ اَمْرٍ يَكُوْنُ
اَللّٰهُمَّ اِنِّي اَتَوَجَّهُ اِلَيْكَ بِنَبِيِّكَ مُحَمَّدٍ
نَبِيِّ الرَّحْمَةِ صَلَّى اللّٰهُ عَلَيْهِ وَ اٰلِهِ
يَا مُحَمَّدُ
يَا رَسُوْلَ اللّٰهِ
اِنِّي اَتَوَجَّهُ بِكَ اِلَى اللّٰهِ رَبِّكَ وَ رَبِّيْ
لِيُنْجِحَ [لِي‏] بِكَ طَلِبَتِيْ
اَللّٰهُمَّ بِنَبِيِّكَ مُحَمَّدٍ
وَ الْاَئِمَّةِ مِنْ اَهْلِ بَيْتِهِ
صَلَّى اللّٰهُ عَلَيْهِ وَ عَلَيْهِمْ
اَنْجِحْ طَلِبَتِي۔
Sonra Allahdan öz istəyini dilə."
9) Rəvayət olunur ki, İmam Musa ibn Cəfər (ə) (rəcəb ayının birinci gecəsində) gecə namazını qıldıqdan sonra səcdədə deyərdi:
لَكَ الْمَحْمَدَةُ اِنْ اَطَعْتُكَ
وَ لَكَ الْحُجَّةُ اِنْ عَصَيْتُكَ
لَا صُنْعَ لِي وَ لَا لِغَيْرِيْ فِي اِحْسَانٍ اِلَّا بِكَ
يَا كَاۤئِنُ [كَاۤئِنًا] قَبْلَ كُلِّ شَيْ‏ءٍ
وَ يَا مُكَوِّنَ كُلِّ شَيْ‏ءٍ
اِنَّكَ عَلٰى كُلِّ شَيْ‏ءٍ قَدِيْرٌ
اَللّٰهُمَّ اِنِّي اَعُوْذُ بِكَ مِنَ الْعَدِيْلَةِ عِنْدَ الْمَوْتِ
وَ مِنْ شَرِّ الْمَرْجِعِ فِي الْقُبُوْرِ
وَ مِنَ النَّدَامَةِ يَوْمَ الْآزِفَةِ
فَاَسْاَلُكَ اَنْ تُصَلِّيَ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
وَ اَنْ تَجْعَلَ عَيْشِيْ عِيْشَةً نَقِيَّةً
وَ مِيْتَتِيْ مِيْتَةً سَوِيَّةً
وَ مُنْقَلَبِيْ مُنْقَلَبًا كَرِيْمًا
غَيْرَ مُخْزٍ وَ لَا فَاضِحٍ
اَللّٰهُمَّ صَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِهِ
الْاَئِمَّةِ يَنَابِيْعِ الْحِكْمَةِ،
وَ اُوْلِي النِّعْمَةِ
وَ مَعَادِنِ الْعِصْمَةِ
وَ اعْصِمْنِيْ بِهِمْ مِنْ كُلِّ سُوْءٍ
وَ لَا تَاْخُذْنِيْ عَلٰى غِرَّةٍ وَ لَا عَلٰى غَفْلَةٍ
وَ لَا تَجْعَلْ عَوَاقِبَ اَعْمَالِي حَسْرَةً
وَ ارْضَ عَنِّيْ
فَاِنَّ مَغْفِرَتَكَ لِلظَّالِمِيْنَ وَ اَنَا مِنَ الظَّالِمِيْنَ
اَللّٰهُمَّ اغْفِرْ لِيْ مَا لًا يَضُرُّكَ
وَ اَعْطِنِيْ مَا لًا يَنْقُصُكَ
فَاِنَّكَ الْوَسِيْعُ رَحْمَتُهُ
الْبَدِيْعُ حِكْمَتُهُ
وَ اَعْطِنِي السَّعَةَ وَ الدَّعَةَ
وَ الْاَمْنَ وَ الصِّحَّةَ
وَ الْنُّخُوْعَ وَ الْقُنُوْعَ
وَ الشُّكْرَ وَ الْمُعَافَاةَ وَ التَّقْوَىٰ
وَ الصَّبْرَ وَ الصِّدْقَ عَلَيْكَ وَ عَلٰى اَوْلِيَاۤئِكَ
وَ الْيُسْرَ وَ الشُّكْرَ
وَ اعْمُمْ بِذَالِكَ يَا رَبِّ اَهْلِيْ وَ وَلَدِيْ
وَ اِخْوَانِي فِيْكَ
وَ مَنْ اَحْبَبْتُ وَ اَحَبَّنِيْ
وَ وَلَدْتُ وَ وَلَدَنِيْ
مِنَ الْمُسْلِمِيْنَ وَ الْمُؤْمِنِيْنَ
يَا رَبَّ الْعَالَمِيْنَ۔
Hədisdə buyurulur ki, bu dua səkkiz rəkət gecə namazından sonra və vətr namazından qabaq oxunur. Bu duanı oxuduqdan sonra üç rəkət vətr namazını (iki rəkət "şəf" və bir rəkət "vətr" namazı) qıl. Namazın salamını dedikdən sonra əyləşdiyin halda de:
اَلْحَمْدُ لِلّٰهِ الَّذِيْ لَا تَنْفَدُ خَزَاۤئِنُهُ
وَ لَا يَخَافُ آمِنُهُ
رَبِّ اِنِ ارْتَكَبْتُ الْمَعَاصِيَ
فَذَالِكَ ثِقَةٌ [ثِقَةً] مِنِّي بِكَرَمِكَ
اِنَّكَ تَقْبَلُ التَّوْبَةَ عَنْ عِبَادِكَ
وَ تَعْفُوْ عَنْ سَيِّئَاتِهِمْ
وَ تَغْفِرُ الزَّلَلَ
وَ اِنَّكَ مُجِيْبٌ لِدَاعِيْكَ
وَ مِنْهُ قَرِيْبٌ
وَ اَنَا تَاۤئِبٌ اِلَيْكَ مِنَ الْخَطَايَا
وَ رَاغِبٌ اِلَيْكَ فِي تَوْفِيْرِ حَظِّيْ مِنَ الْعَطَايَا
يَا خَالِقَ الْبَرَايَا
يَا مُنْقِذِيْ مِنْ كُلِّ شَدِيْدَةٍ
يَا مُجِيْرِيْ مِنْ كُلِّ مَحْذُوْرٍ
وَفِّرْ عَلَيَّ السُّرُوْرَ
وَ اكْفِنِيْ شَرَّ عَوَاقِبِ الْأُمُوْرِ
فَاَنْتَ اللّٰهُ عَلٰى نَعْمَاۤئِكَ وَ جَزِيْلِ عَطَاۤئِكَ مَشْكُوْرٌ
وَ لِكُلِّ خَيْرٍ مَذْخُوْرٌ۔