ZİL-HİCCƏNİN BİRİNCİ GÜNÜ
Zil-hiccə ayının birinci günü mübarək bir gündür və bu gündə bir neçə əməl yerinə yetirilir:
1) Oruc tutmaq: Hədislərin birində İmam Musa Kazim (ə) buyurur ki, kim zil-hiccə ayının birinci gününü oruc tutsa, Allah ona böyük savab yazar.
2) Xanım Fatimə-Zəhra (s.ə) namazını qılmaq: Mərhum Şeyx Tusi yazır ki, bu gündə Xanım Fatimə-Zəhra (s.ə) namazını qılmaq müstəhəbdir. Bu namaz dörd rəkətdir (iki rəkət-iki rəkət qılınır) və Əmirəl-möminin Əlinin (ə) namazı kimidir: hər rəkətdə bir dəfə Fatihə surəsi və əlli dəfə İxlas surəsi oxunur. Namazdan sonra Xanım Fatimə-Zəhra (s.ə) zikrini deyin. Daha sonra deyin:
سُبْحَانَ ذِي الْجَلَالِ الْبَاذِخِ الْعَظِيْمِ
سُبْحَانَ ذِي الْمُلْكِ الْفَاخِرِ الْقَدِيْمِ
سُبْحَانَ مَنْ يَرٰى اَثَرَ النَّمْلَةِ فِيْ الصَّفَا
سُبْحَانَ مَنْ يَرٰى وَقْعَ الطَّيْرِ فِي الْهَوَاۤءِ
سُبْحَانَ مَنْ هُوَ هٰكَذَا وَ لَا هٰكَذَا غَيْرُهُ
3) Zöhrdən yarım saat qabaq iki rəkət namaz qılın. Hər rəkətdə Fatihədən sonra on dəfə İxlas surəsini, on dəfə "Ayətəl-kursi"ni və on dəfə Qədr surəsini oxuyun.
4) Kimin zalımdan qorxusu varsa, bu gün desin:
حَسْبِيْ حَسْبِيْ حَسْبِيْ
مِنْ سُؤَالِيْ عِلْمُكَ بِحَالِيْ
Allah onu bu zalımın şərindən qoruyar.