EN اردو RO AZ
🌐
English اردو Roman Azerbaijani
🏠 🔍
ZİL-HİCCƏNİN AXIRINCI GÜNÜ
Bu gün İslami qəməri təqvimin axırıncı günüdür. Buna görə də Mərhum Seyid İbn Tavus nəql edir ki, bu gündə iki rəkət namaz qıl: hər rəkətdə bir dəfə Fatihə surəsini, on dəfə İxlas surəsini və on dəfə "Ayətəl-kürsi"ni oxu. Namazı qılıb qurtardıqdan sonra de:
اَللّٰهُمَّ مَا عَمِلْتُ فِيْ هٰذِهِ السَّنَةِ
مِنْ عَمَلٍ نَهَيْتَنِيْ عَنْهُ وَ لَمْ تَرْضَهُ
وَ نَسِيْتُهُ وَ لَمْ تَنْسَهُ
وَ دَعَوْتَنِيْۤ اِلَى التَّوْبَةِ بَعْدَ اجْتِرَاۤئِيْ عَلَيْكَ
اَللّٰهُمَّ فَاِنِّيْۤ اَسْتَغْفِرُكَ مِنْهُ فَاغْفِرْ لِيْ
وَ مَا عَمِلْتُ مِنْ عَمَلٍ يُقَرِّبُنِيْۤ اِلَيْكَ
فَاقْبَلْهُ مِنِّيْ وَ لَا تَقْطَعْ رَجَاۤئِيْ مِنْكَ يَا كَرِيْمُ
Sən bu əməli yerinə yetirdikdə şeytan deyər: "Vay olsun mənə! Bu il ərzində çəkdiyim zəhməti bu əməl ilə məhv etdi və ilini xeyirlə başa vurdu." Bu namazı şəmsi təqvimin axırıncı günü "qəsdi-istihbab" (müstəhəb olma niyyəti ilə) qılmaq tövsiyə olunur.