EN اردو RO AZ
🌐
English اردو Roman Azerbaijani
🏠 🔍
TASUA GÜNÜ
Şeyx Kuleyni nəql edir ki, İmam Sadiq (ə) buyurdu: "Tasua günü Kərbəlada İmam Hüseyni (ə) və onun silahdaşlarını mühasirəyə aldılar, düşmənlər o həzrətlə döyüşmək üçün birləşdilər. Mərcanənin oğlu və Ömər ibn Səd öz döyüşçülərinin sayının çox olduğunu görüb sevindilər. İmam Hüseyni (ə) və onun silahdaşlarını zəif gördülər və əmin oldular ki, İraq camaatı İmam Hüseynin (ə) köməyinə gəlməyəcəkdir." Bu vaxt İmam Sadiq (ə) buyurdu: "Atam o zəif olan qəribə fəda olsun!" Bu gündə Şimr Ubeydullah ibn Ziyad tərəfindən Ömər ibn Sədə məktub gətirdi. Məktubda Ömərə göstəriş verilirdi ki, İmam Hüseynə (ə) və onun silahdaşlarına təzyiq göstərsin, onları beyət etməyə vadar etsin. Beyətdən boyun qaçırdıqları təqdirdə hamısını qətlə yetirsin. Məlum məsələdir ki, İmam Hüseyn (ə) düşmənlə beyət rüsvayçılığını qəbul etmədi, amma ibadət etmək üçün onlardan həmin gecəni möhlət istədi. Sabahı gün isə onlarla döyüş meydanında qarşı-qarşıya dayanacağını dedi.