وَحْدَهُ لَا شَرِيْكَ لَهُ
لَهُ الْمُلْكُ وَ لَهُ الْحَمْدُ
يُحْيِيْ وَ يُمِيْتُ
وَ هُوَ حَيٌّ لَا يَمُوْتُ
بِيَدِهِ الْخَيْرُ
وَ هُوَ عَلٰى كُلِّ شَيْءٍ قَدِيْرٌ۔
اَللّٰهُمَّ لَا مَانِعَ لِمَا اَعْطَيْتَ
وَ لَا مُعْطِيَ لِمَا مَنَعْتَ
وَ لَا يَنْفَعُ ذَا الْجَدِّ مِنْكَ الْجَدُّ۔
Sonra əllərini üzünə çək.
Ayın on beşinci günü də bu qaydada on rəkət namaz qıl və hər iki rəkətdən sonra həmin duanı oxu, lakin "və huvə 'əla kulli şey in qadir" cümləsindən sonra bu cümlələri de:
اِلَهًا وَاحِدًا اَحَدًا
فَرْدًا صَمَدًا
لَمْ يَتَّخِذْ صَاحِبَةً وَ لَا وَلَدًا۔
Bu cümlələri dedikdən sonra əllərini üzünə çək. Rəcəb ayının axırıncı günü yenə də həmin qaydada on rəkət namaz qıl və namazın salamından sonra həmin duanı oxu, amma "və huvə 'əla kulli şey in qadir" cümləsindən sonra bu cümlələri de:
وَ صَلَّى اللّٰهُ عَلٰى مُحَمَّدٍ وَ اٰلِهِ الطَّاهِرِيْنَ
وَ لَا حَوْلَ وَ لَا قُوَّةَ اِلَّا بِاللّٰهِ الْعَلِيِّ الْعَظِيْمِ۔
Bunu dedikdən sonra əllərini üzünə çək və öz istəklərini Allahdan dilə, inşaallah həyata keçər.
Həzrət Rəsulallah (s) Salmana buyurdu: "Allah bu otuz rəkət namazı qılan hər bir mömin kişi və qadının günahlarını bağışlayar, ona bu ayın hamısını oruc tutan kəsin savabını verər, onu cəhənnəm odundan xilas edər və bu, onun Siratdan keçməsi üçün bir icazənamə olar."
Salman deyir: "Həzrət Rəsulallahın (s) bu sözlərini eşitdikdən sonra ağlayaraq səcdəyə getdim və Allaha şükür etdim."
Həzrət Salmanın nəql etdiyi digər bir namazı da vardır. Bu namaz rəcəb ayının birinci günü qılınır və on rəkətdir (iki rəkət-iki rəkət qılınır). Hər rəkətdə bir dəfə Fatihə və üç dəfə İxlas surəsi oxunur. Həzrət Rəsulallah (s) Salmana bu namazın savablarını bəyan etmişdir, o cümlədən, günahların bağışlanması, qəbir vəhşətindən və Qiyamət gününün əzabından uzaq olmaq, bəzi xəstəliklərdən uzaq olmaq.