EN اردو RO AZ
🌐
English اردو Roman Azerbaijani
🏠 🔍
CƏNAB SALMAN FARSİNİN MƏQAMI
Tövsiyə olunur ki, Kazimeyndə olarkən hörmətli zəvvar Mədain şəhərinə gedib Allahın layiqli bəndəsi cənab Salmanı ziyarət etsin. Onun şəxsiyyəti barədə aşağıdakı hədislərə nəzər salaq:
1. Əllamə Məclisi yazır: Müxtəlif sənədlərlə İmam Sadiqdən (ə) nəql olunur: "İmanın on dərəcəsi vardır: Miqdad onun səkkizinci dərəcəsində, Əbuzər doqquzuncu dərəcəsində və Salman onuncu dərəcəsində qərar tutmuşdur."
2. Onun şərafəti barəsində yalnız bu hədisi qeyd etmək kifayətdir: "Salman biz Əhli-beytdəndir." Rəsulallah (ə) onun barəsində buyurmuşdur: "Salman suyu qurumayan bir dərya və tükənməyən bir xəzinədir. Salman biz Əhli-beytdəndir. O, içməli bir sudur ki, hikmət bəxş edir və bürhan verir."
3. Əmirəl-möminin (ə) onu Loğman-həkim kimi qələmə vermişdir.