EN اردو RO AZ
🌐
English اردو Roman Azerbaijani
🏠 🔍
İMAM RZANIN (Ə) ZİYARƏTİLƏ ƏLAQƏDAR ƏLAVƏLƏR
Üç mətləbi nəzərinizə çatdırmağı lazımlı hesab etdik:
1. Əllamə Məclisi deyir: İmam Rzanı (ə) İslamın müqəddəs günlərində ziyarət etmək daha fəzilətlidir. Xüsusilə də o həzrətə aid olan günlərdə, məsələn onun doğum günü (Zil-qədənin 11-i), onun şəhadət günü (məşhur rəvayətə əsasən səfər ayının axırıncı günü). Sonra o, Seyid İbn Tavusun "İqbal" kitabına istinadən yazır ki, o həzrəti Zil-qədənin 23-ü (başqa bir rəvayətə əsasən o həzrətin şəhadət günü) ziyarət etmək müstəhəbdir. Əllamə Məclisi sonda yazır: Rəcəb ayında İmam Rzanı (ə) ziyarət etmək müstəhəbdir. Mərhum Mühəddis Qummi Zil-qədənin 25-ni də buna əlavə etmişdir; 2. Camaat zərihi öpməyə israr etməməli və başqaları üçün çətinlik yaratmamalıdırlar. Çünki zərihi öpmək ziyarət üçün şərt deyil, bir salam deməklə İmamı (ə) ziyarət etmiş olursan; 3. Bilməlisiniz ki, qeyd olunan üç məxsus ziyarətdən əlavə "Əminullah" və "Camiə-Kəbirə" ziyarətləri kimi ziyarətləri də oxuya bilərsiniz.