EN اردو RO AZ
🌐
English اردو Roman Azerbaijani
🏠 🔍
İMAMZADƏ SEYİD MƏHƏMMƏD VƏ SEYİD HÜSEYNİN ZİYARƏTİ
Məşhur rəvayətə görə, İmam Hadi (ə) və İmam Həsən Əskərinin (ə) qəbri kənarında bir çox böyük seyidlər dəfn olunmuşdur, o cümlədən İmam Hadinin (ə) oğlu Hüseyn. Mərhum Mühəddis Qummi yazır: Baxmayaraq ki, bu böyük seyid barədə tarixi məlumat əldə yoxdur, lakin bəzi rəvəyətlərdən belə əldə olunur ki, İmam Həsən Əskəri (ə) və qardaşı Hüseyn ibn Əliyə (ə) "Sibtəyn" deyərmişlər, onları Rəsulallahın (s) iki sibti Həsən (ə) və Hüseynə (ə) bənzədərmişlər.
Əbu Təyyibin rəvayətində qeyd olunur ki, Həzrət Məhdinin (ə.f) səsi əmisi Hüseynin səsinə bənzəyirmiş. Həmçinin böyük alim Seyid Əhməd Ərdəkani Yəzdinin "Şəcərətul-övliya" kitabında İmam Hadinin (ə) övladlarının tərcümeyi-halında qeyd olunur ki, o həzrətin övladı Hüseyn zahid, ibadətkar və qardaşı İmam Həsən Əskərinin (ə) davamçılarından olmuşdur.
Bütün bu deyilənlərdən məlum olur ki, İmam Hadinin (ə) övladı Hüseyn şəni uca bir seyid olmuşdur.
Seyid Məhəmməd də İmam Hadinin (ə) oğludur. Onun qəbri Samirra yaxınlığında yerləşir. Camaat ondan kəramətlər görmüş, onun qəbri üstünə hədiyyələr və nəzirlər aparırlar, onun vasitəsilə Allahdan hacətlərini diləyirlər. Seyid Məhəmməd İmam Hadinin (ə) böyük övladı olmuş və o vəfat etdikdə İmam Həsən Əskəri (ə) yaxasını cırmışdır. Böyük alimlərin o həzrətə iradətləri vardır, odur ki, böyük şeyx Hacı Nuri onun gümbəzinin və zərihinin təmirində böyük cəhd göstərmişdir.