SƏFVAN CƏMMALIN ZİYARƏTİ (1)
Mərhum Seyid İbn Tavus "Fərəhətul-ğəri" kitabında qeyd etmişdir ki, Səfvan Cəmmal belə nəql edir:
İmam Sadiqlə (ə) Kufə şəhərinə daxil olduqda – o vaxt İmam Sadiq (ə) Mənsur Dəvaniqinin yanına gedirmiş – o həzrət mənə buyurdu: Ey Səfvan, dəvələri yerə yatızdır. Bura cəddim Əmirəl-möminin Əlinin (ə) qəbrinin yaxınlığıdır." Mən dəvələri yerə yatızdırdım və o həzrət dəvədən endi. Qüsl edib paltarını dəyişdi və ayaqqabılarını çıxatrdı. Mənim də belə etməyimi buyurdu. Sonra Nəcəf təpəliyinə tərəf addımlamağa başlayıb buyurdu: "Addımları kiçik at və başını aşağı sal, çünki Allah hər addıma yüz min savab yazar..." Mən də onunla birlikdə hərəkət etdim. Biz təmkinlə addımlayır, Allahı zikr edirdik. Nəhayət, Nəcəf təpəliyinə çatdıq. Bu vaxt o həzrət dayandı, sağa-sola baxdı, əlindəki çubuqla torpaq üzərində bir xətt çəkdi və buyurdu: "Buranı qaz." Mən torpağı qazdım və birdən bir qəbir aşkar oldu. Bu vaxt o həzrətin göz yaşları yanağına axdı və buyurdu:
اَلسَّلَامُ عَلَيْكَ اَيُّهَا الْوَصِيُّ الْبَرُّ التَّقِيُّ
اَلسَّلَامُ عَلَيْكَ اَيُّهَا النَّبَاُ الْعَظِيْمُ
اَلسَّلَامُ عَلَيْكَ اَيُّهَا الصِّدِّيْقُ الرَّشِيْدُ
اَلسَّلَامُ عَلَيْكَ اَيُّهَا الْبَرُّ الزَّكِيُّ
اَلسَّلَامُ عَلَيْكَ يَا وَصِيَّ رَسُوْلِ رَبِّ الْعَالَمِيْنَ
اَلسَّلَامُ عَلَيْكَ يَا خِيَرَةَ اللّٰهِ عَلَى الْخَلْقِ اَجْمَعِيْنَ
اَشْهَدُ اَنَّكَ حَبِيْبُ اللّٰهِ وَ خَآصَّةُ اللّٰهِ وَ خَالِصَتُهُ
اَلسَّلَامُ عَلَيْكَ يَا وَلِيَّ اللّٰهِ وَ مَوْضِعَ سِرِّهِ
وَ عَيْبَةَ عِلْمِهِ وَ خَازِنَ وَحْيِهِ
Sonra İmam Sadiq (ə) özünü qəbrə yapışdırdı və dedi:
بِاَبِيْ اَنْتَ وَ اُمِّيْ يَا اَمِيْرَ الْمُؤْمِنِيْنَ
بِاَبِيْ اَنْتَ وَ اُمِّيْ يَا حُجَّةَ الْخِصَامِ
بِاَبِيْ اَنْتَ وَ اُمِّيْ يَا بَابَ الْمَقَامِ
بِاَبِيْ اَنْتَ وَ اُمِّيْ يَا نُوْرَ اللّٰهِ التَّآمَّ
اَشْهَدُ اَنَّكَ قَدْ بَلَّغْتَ عَنِ اللّٰهِ
وَ عَنْ رَسُوْلِ اللّٰهِ
صَلَّى اللّٰهُ عَلَيْهِ وَ اٰلِهِ مَا حُمِّلْتَ
وَ رَعَيْتَ مَا اسْتُحْفِظْتَ
وَ حَفِظْتَ مَا اسْتُوْدِعْتَ
وَ حَلَّلْتَ حَلَالَ اللّٰهِ
وَ حَرَّمْتَ حَرَامَ اللّٰهِ
وَ اَقَمْتَ اَحْكَامَ اللّٰهِ
وَ لَمْ تَتَعَدَّ حُدُوْدَ اللّٰهِ
وَ عَبَدْتَ اللّٰهَ مُخْلِصًا
حَتّٰى اَتَاكَ الْيَقِيْنُ
صَلَّى اللّٰهُ عَلَيْكَ
وَ عَلَى الْاَئِمَّةِ مِنْ بَعْدِكَ۔
Sonra o həzrət ayağa qalxdı, qəbrin baş tərəfində dayanıb bir neçə rəkət namaz qıldı. Daha sonra buyurdu: "Ey Səfvan, hər kim bu ziyarətlə Əmirəl-möminini (ə) ziyarət edib bu namazı qılarsa, ailəsinin yanına günahları bağışlanmış və səyi təşəkkürə layiq görülmüş halda qayıdar. Onu ziyarət edən hər bir mələyin savabı yazılar ona." Mən təəccüblə soruşdum: "Onu ziyarət edən hər bir mələyinmi?" O həzrət buyurdu: "Hər gecə yetmiş dəstə mələk onu ziyarət edər." Soruşdum: "Hər dəstədə neçə mələk var?" Buyurdu: "Yüz min mələk."
Sonra geri-geri addımlayaraq qəbrdən aralandı və bu sözləri dedi:
يَا جَدَّاهُ يَا سَيِّدَاهُ
يَا طَيِّبَاهُ يَا طَاهِرَاهُ
لَا جَعَلَهُ اللّٰهُ اٰخِرَ الْعَهْدِ مِنْكَ
وَ رَزَقَنِي الْعَوْدَ اِلَيْكَ
وَ الْمَقَامَ فِيْ حَرَمِكَ
وَ الْكَوْنَ مَعَكَ
وَ مَعَ الْاَبْرَارِ مِنْ وُلْدِكَ
صَلَّى اللّٰهُ عَلَيْكَ
وَ عَلَى الْمَلَاۤئِكَةِ الْمُحْدِقِيْنَ بِكَ
Ərz etdim: "Ey ağam, izacə verirsinizmi, Kufə əhlindən olan şiələrimizə bu qəbrin yerini göstərim?" O həzrət: "Bəli"- deyə buyurdu. Sonra mənə bir qədər pul verdi və mən də qəbri təmir edib ətrafını abadlaşdırdım.