XANIM FATİMƏ-ZƏHRANI (Ə) ZİYARƏT ETMƏYİN FƏZİLƏTİ
1- Əllamə Məclisi "Biharul-ənvar"da "Misbahul-ənvar" kitabına istinadən nəql edir ki, İmam Əli (ə) Xanım Fatimədən (s.ə) belə rəvayət edir: "Rəsulallah (s) mənə buyurdu: "Ey Fatimə, kim sənə salam göndərsə, Allah onu bağışlayar və mən Cənnətin harasında oluramsa olum, onu mənə qovuşdurar".
2- Yezid ibn Əbdul-Məlik atasından və o da öz atasından rəvayət edir ki, günlərin birində Xanım Fatimənin (s.ə) yanına getdim. O xanım salamda məndən qabağa düşdü (yəni birinci salam verdi), halımı soruşdu, sonra buyurdu: "Atam mənə dedi ki, hər kim üç gün ona və mənə desə, Allah Cənnəti ona vacib edər." Ərz etdim: "O və siz sağ olduğunuz vaxtdamı?" Buyurdu: "Həm sağ olduğumuz vaxtda, həm də vəfat etdikdən sonra".