EN اردو RO AZ
🌐
English اردو Roman Azerbaijani
🏠 🔍
Mərhum Əllamə Məclisi buyurur: İmam Zamanı (ə.f) hər bir məkan və zamanda ziyarət etmək müstəhəbdir və onun Müqəddəs Sərdabda və o həzrəti pak və mütəhhər ata-babalarının (ə) qəbirlərinin yanında ziyarət etmək daha fəzilətlidir.
O həzrəti şərafətli vaxtlarda, xüsusilə o həzrətin səadətli miladında - yəni (ən səhih rəvayətə görə) Nimeyi-Şaban gecəsi, habelə mələklərin və Ruhun o həzrətin hüzuruna gəldiyi Qədr gecəsi ziyarət etmək daha münasibdir.
İki məsələyə diqqət yetirin:
1- Müqəddəs məkanlara və Əhli-Beyt imamlarının (ə) mütəhhər hərəmlərinə gedəndə ziyarətçinin İmam Zamanın (ə.f) zühurunun tezləşməsinə dua etmək üçün məkan və hal baxımından ən yaxşı şərait vardır. Buna görə də möhtərəm ziyarətçi özünün bu əsaslı vəzifəsinə diqqət yetirməlidir.
2- İnsan istədiyi hər yerdən İmam Zamanı (ə.f) ziyarət edə bildiyinə görə, yaxşı olar ki, şərif hərəmlərdə ziyarəti oxuduqdan sonra İmam Zamana (ə.f) diqqət yetirsin və o həzrətin ziyarətini oxumaqla qəlbinə səfa bəxş etsin, öz vəzifəsini yerinə yetirsin.