Əhməd ibni İbrahim deyir: Mövlamız həzrət Sahibəz-Zamanla (ə.f) görüş arzusu və şövgü qəlbimə oturmuşdu. Vəziyyətimi Əbu Cəfər Məhəmməd ibni Osmana (o, dörd naibdən biridir) bəyan etdim. O buyurdu: "Həzrəti ziyarət etmək üçün qəlbən arzun vardırmı?" Dedim: "Bəli." Buyurdu: "Allah sənin qəlbindəki bu arzuna mükafat versin! Sənin işinin aqibətini asan görürəm. Ey Əba Əbdillah! O həzrətin görüşünü xahiş etmə, çünki qeybəti-kübra dövründə o həzrətlə görüş sevinci və şövgü vardır, lakin onunla görüşdən sual olunmaz. Çünki bu, Allahın böyük ayə və nişanələrindəndir, ona təslim olmaq daha layiqdir, lakin hər vaxt ona diqqət yetirmək istəsən, qəlbini bu ziyarət vasitəsilə ona yönəlt:
İki rəkət-iki rəkət olmaqla on iki rəkət namaz qılırsan, rəkətlərin hamısında (Fatihədən sonra) İxlas surəsini oxuyursan, sonra Peyğəmbər (s) və Ali-Peyğəmbərə (ə) salavat göndərib Allah-Təalanın buyurduğu aşağıdakı kəlamı təkrarlayırsan:
«سَلَامٌ عَلٰى اٰلِ يَاسِيْن»، ذٰلِكَ هُوَ الْفَضْلُ الْمُبِيْنِ مِنْ عِنْدِاللهِ، وَاللهُ ذُوالْفَضْلِ الْعَظِيْمِ، اِمَامُهُ مَنْ يَهْدِيْهِ صِرَاطَهُ الْمُسْتَقِيْمِ، قَدْ اٰتاكُمُ اللهُ خِلَافَتَهُ يا اٰلَ يَاسِيْن۔۔۔۔