Böyük alim mərhum Əbu Cəfər Tusi "Misbahul-kəbir" kitabında yazır:
Hədiyyə namazı səkkiz rəkətdir və bu namaz İmamlardan (ə) rəvayət olunmuşdur. İnsan gərək cümə günündə səkkiz rəkət namaz qılsın: dörd rəkətini Peyğəmbəri-Əkrəmə (s) və dörd rəkətini isə Fatimeyi-Zəhraya (s.ə) hədiyyə etsin.
Şənbə günündə dörd rəkət namaz qılıb Əmirəl-Möminin Əliyə (ə) hədiyyə etsin, sonra həmin ardıcıllıqla hər gün dörd rəkət namaz qılıb məsum imamlardan birinə hədiyyə etsin. Cümə axşamı günü dörd rəkət namaz qılıb İmam Sadiqə (ə) hədiyyə etsin.
Cümə günü yenidən səkkiz rəkət namaz qılıb dörd rəkətini Peyğəmbəri-Əkrəmə (s) və dörd rəkətini də Fatimeyi-Zəhraya (s.ə) hədiyyə etsin. Şənbə günü dörd rəkət namaz qılıb İmam Kazima (ə), həmin qayda ilə cümə axşamı gününə qədər hər gün dörd rəkət namaz qılıb İmam Zamana (ə.f) hədiyyə etsin.
Namazın iki rəkəti arasında bu duanı oxusun:
اَللّٰهُمَّ اَنْتَ السَّلَامُ، وَمِنْكَ السَّلَامُ، وَاِلَيْكَ يَعُوْدُ السَّلَامُ، حَيِّنَا رَبَّنَا مِنْكَ بِالسَّلَامِ۔ اَللّٰهُمَّ اِنَّ هٰذِهِ الرَّكَعَاتِ هَدِيَّةٌ مِنِّيْ اِلَى الْحُجَّةِ بْنِ الْحَسَنِ، فَصَلِّ عَلٰى مُحَمَّدٍ وَاٰلِ مُحَمَّدٍ، وَبَلِّغْهُ اِيَّاهَا، وَاَعْطِنِيْ اَفْضَلَ اَمَلِيْ وَرَجَاۤئِي فِيْكَ، وَفِيْ رَسُوْلِكَ صَلَوَاتُكَ عَلَيْهِ وَاٰلِهِ۔