Mərhum Seyid ibni Tavus buyurur: Böyük fəqih Əbu Əli Fəzl ibni Həsən Təbərsinin yazdığı "Kunuzun-həcah" kitabında gördüm ki, mövlamız həzrət Höccətdən (ə.f) belə nəql olunmuşdur: Hüseyn ibni Məhəmməd Bəzufəri deyir: İmam Zamanın (ə.f) Müqəddəs Nahiyəsindən belə bir xəbər sadir olunmuşdur: Hər kəsin Allah dərgahında bir hacəti olsa, cümə axşamı gecənin yarısından sonra qüsl edib, öz namaz qıldığı yerə getsin, iki rəkət namaz qılsın. Birinci rəkətdə Fatihə surəsini oxuyub "iyyəkə nə'budu və iyyəkə nəstə'in" ayəsinə çatanda onu yüz dəfə təkrar etsin, sonra surəni oxuyub axıra çatdırsın, sonra bir dəfə İxlas surəsini oxusun, sonra rüku və səcdələri yerinə yetirsin, onların zikrlərini yeddi dəfə təkrarlasın. ikinci rəkəti də eynilə birinci rəkət kimi qılsın, sonra (aşağıda qeyd olunan) bu duanı oxusun. Sonra hər bir hacəti olsa - yalnız qohum-əqrəba ilə sileyi-rəhimi kəsməkdən başqa - Allahdan istəsin, Allah-Təala onun hacətini hökmən rəva qılar.
"Fulan ibni fulan" sözünün yerinə şərindən qorxduğu adamın adını desin, Allah-Təala, inşaallah, onu həmin şəxsin şərindən hifz edəcəkdir.
Sonra səcdəyə gedib öz hacətini desin və Allah dərgahında təzərrə və ah-nalə etsin. Çünki elə bir mömin kişi və ya qadın yoxdur ki, bu namazı qılıb, xalis niyyətlə dua etdikdə asimanın qapıları onun hacətinin rəva olunması üçün açılmasın və həmin gecədə istədiyi hacətlər yerinə yetirilər. Bu da Allah-Təalanın bizə və camaata etdiyi fəzl və mərhəmətidir.