EN اردو RO AZ
🌐
English اردو Roman Azerbaijani
🏠 🔍
Məhəmməd ibni Əbdur-Rəhman Tustəridən nəql olunur ki, Bəni-Rəvas tayfası yaşayan məhəllədən keçəndə dostlarım dedilər: Gəlin "Sə'səə" məscidinə dönüb namaz qılaq. Çünki Rəcəb ayıdır və bu ayda ağalarımızın ayaq basdığı, dəyanıb namaz qıldığı bu şərif məkanların ziyarət olunması müstəhəbdir. "Sə'səə" məscidi də belə yerlərdən biridir.
Birlikdə həmin məscidə tərəf döndük, yaxınlaşanda gördük ki, ayaqları bağlanmış bir dəvə məscidin qapısında yatıb. Məscidə daxil olduqda Hicaz paltarı geymiş bir kişinin əyləşdiyini gördük. Əmmaməsi də onların əmmaməsi kimi idi. O, aşağıda qeyd olunan duanı oxuyurdu. Mən və yoldaşlarım onu eşidib əzbərlədik. (Mərhum Şeyx Tusi (əallahu məqaməh) deyir: Bu duanı Rəcəb ayının hər bir günündə oxunması müstəhəbdir.) O dua belədir:
اَللّٰهُمَّ يَا ذَا الْمِنَنِ السَّابِغَةِ، وَالْاٰلَاۤءِ الْوَازِعَةِ، وَالرَّحْمَةِ الْوَاسِعَةِ، وَالْقُدْرَةِ الْجَامِعَةِ، وَالنِّعَمِ الْجَسِيْمَةِ، وَالْمَوَاهِبِ الْعَظِيْمَةِ، وَالْاَيَادِيْ الْجَمِيْلَةِ، وَالْعَطَايَا الْجَزِيْلَةِ۔
يَا مَنْ لَايُنْعَتُ بِتَمْثِيْلٍ، وَلَايُمَثَّلُ بِنَظِيْرٍ، وَلَايُغْلَبُ بِظَهِيْرٍ، يَامَنْ خَلَقَ فَرَزَقَ، وَاَلْهَمَ فَاَنْطَقَ، وَابْتَدَعَ فَشَرَعَ، وَعَلَا فَارْتَفَعَ، وَقَدَّرَ فَاَحْسَنَ، وَصَوَّرَ فَاَتْقَنَ، وَاحْتَجَّ فَاَبْلَغَ، وَاَنْعَمَ فَاَسْبَغَ، وَاَعْطٰى فَاَجْزَلَ، وَمَنَحَ فَاَفْضَلَ۔
يَا مَنْ سَمَا فِي الْعِزِّ فَفَاتَ نَوَاظِرَ الْاَبْصَارِ، وَدَنَا فِي اللُّطْفِ فَجَازَ هَوَاجِسَ الْاَفْكَارِ، يَا مَنْ تَوَحَّدَ بِالْمُلْكِ فَلَا نِدَّ لَهُ فِيْ مَلَكُوْتِ سُلْطَانِهِ، وَتَفَرَّدَ بِالْاٰلَاۤءِ وَالْكِبْرِيَاۤءِ، فَلَا ضِدَّ لَهُ فِيْ جَبَرُوْتِ شَاْنِهِ، يَا مَنْ حَارَتْ فِيْ كِبْرِيَاۤءِ هَيْبَتِهِ دَقَاۤئِقُ لَطَاۤئِفِ الْاَوْهَامِ، وَانْحَسَرَتْ دُوْنَ اِدْرَاكِ عَظَمَتِهِ خَطَاۤئِفُ اَبْصَارِ الْاَنَامِ۔
يَا مَنْ عَنَتِ الْوُجُوْهُ لِهَيْبَتِهِ، وَخَضَعَتِ الرِّقَابُ لِعَظَمَتِهِ، وَوَجِلَتِ الْقُلُوْبُ مِنْ خِيْفَتِهِ، اَسْاَلُكَ بِهٰذِهِ الْمِدْحَةِ الَّتِيْ لَاتَنْبَغِيْ اِلَّا لَكَ، وَبِمَا وَاَيْتَ بِهِ عَلٰى نَفْسِكَ لِدَاعِيْكَ مِنَ الْمُؤْمِنِيْنَ، وَبِمَا ضَمِنْتَ الْاِجَابَةَ فِيْهِ عَلٰى نَفْسِكَ لِلدَّاعِيْنَ۔
يَا اَسْمَعَ السَّامِعِيْنَ، وَاَبْصَرَ النَّاظِرِيْنَ، وَاَسْرَعَ الْحَاسِبِيْنَ، يَاذَا الْقُوَّةِ الْمَتِيْنِ، صَلِّ عَلٰى مُحَمَّدٍ خَاتَمِ النَّبِيِّيْنَ، وَعَلٰى اَهْلِ بَيْتِهِ [الْاَئِمَّةِ الصَّادِقِيْنَ]، وَاقْسِمْ لِيْ فِيْ شَهْرِنَا هٰذَا خَيْرَ مَا قَسَمْتَ، وَاحْتِمْ لِيْ فِيْ قَضَاۤئِكَ خَيْرَ مَا حَتَمْتَ۔
وَاخْتِمْ لِيْ بِالسَّعَادَةِ فِيْمَنْ خَتَمْتَ، وَاَحْيِنِيْ مَا اَحْيَيْتَنِيْ مَوْفُوْرًا، وَاَمِتْنِيْ مَسْرُوْرًا وَمَغْفُوْرًا، وَتَوَلَّ اَنْتَ نَجَاتِيْ مِنْ مُسَاۤئَلَةِ الْبَرْزَخِ، وَادْرَاْ عَنِّي مُنْكَرًا وَنَكِيْرًا، وَاَرِ عَيْنِيْ مُبَشِّرًا وَبَشِيْرًا، وَاجْعَلْ لِيْ اِلٰى رِضْوَانِكَ وَجِنَانِكَ مَصِيْرًا وَعَيْشًا قَرِيْرًا، وَمُلْكًا كَبِيْرًا، وَصَلِّ عَلٰى مُحَمَّدٍ وَاٰلِهِ كَثِيْرًا
Bundan sonra uzun-uzadı səcdə etdi, səcdədən qalxıb dəvəsinə mindi və gözdən uzaqlaşdı. Yoldaşım mənə dedi: "Məncə o, Həzrət Xızır (ə) idi. Necə oldu ki, biz onunla danışıb söhbət etmədik?! Sanki dilimizi bağlamışdı!" Oradan çıxıb gedərkən yolda İbni Əbi Rəvad Rəvasi ilə qarşılaşdıq. O soruşdu: "Haradan gəlirsiniz?" Biz dedik ki, "Sə'səə" məscidindən gəlirik. Sonra bu hadisəni ona xəbər verdik. O dedi: "Bu suvari hər 2-3 gündən bir "Sə'səə" məscidinə gəlir və heç bir kəslə danışmır. Sizcə, o kimdir?" Biz dedik: "Belə güman edirik ki, o, Həzrət Xızırdır (ə)." O dedi: "Amma mənim nəzərimcə, Allaha and olsun ki, o elə bir kəsdir ki, Həzrət Xızır (ə) da onun görməyinə ehtiyaclıdır!" Dostum mənə dedi: "Allaha and olsun ki, o, İmam Zamandır (ə.f)!"
Müəllif: Seyid Əli ibni Tavus demişdir: Bu dua Əmirəl-möminin Əliyyibni Əbutalibdən (ə) nəql olunmuşdur, lakin Rəcəb ayının günlərində oxunduğu üçün onu bu bölmədə - ayların duaları bölməsində qeyd etdik.