"Əl-kəlimut-təyyib" kitabında deyilir: Alicənab və etimadlı seyidlərin birinin əlində bir nüsxə yazı gördüm ki, orada belə yazılmışdı:
1093-cü hicri ilinin Rəcəb ayında alim qardaşım İsmayıl ibni Hüseyn Cabiri Ənsarinin belə dediyini eşitdim: təqvalı Şeyx Hacı Əli Məkki deyir: Bir haqqı sahibinə qaytarmaq istədiyim zaman bir dəstə düşmən arasında giriftar oldum. Ölümlə qaşılaşacağımdan qorxdum. Buna görə də çox narahat oldum. Bir gün cibimdə bir yazılı dua olduğunu gördüm və bu işdən təəccübləndim. Çünki mən bir kəsdən dua almamışdım. Bu hadisədən çox heyrətdə idim. Bir gün yuxuda zahidlərə və layiqli insanlara məxsus paltar geymiş bir şəxsi gördüm. O deyirdi: "Filan duanı biz sənə vermişik. Onu oxu, çətinlikdən və pərişanlıqdan xilas olasan." Mən onu tanımadığım üçün daha artıq təəccübləndim. Başqa bir dəfə İmam Zamanı (ə.f) yuxuda gördüm, həzrət mənə buyurdu: "Sənə verdiyim duanı oxu, istədiyin hər kəsə də öyrət."
Bu duanı dəfələrlə oxudum və işlərim tez bir zamanda qaydasına düşdü, çətinliklərim həll olundu. Bir müddətdən sonra duanı itirdim. Şox narahat və pərişan oldum, çox peşmançılıq hissi keçirdim. Birdən bir nəfər mənim yanıma gəlib dedi: "Sənin duan filan yerə düşmüşdür." Mən güman etmirdim ki, oraya getmiş olam. Amma oraya getdikdə duanı götürdüm, onun şükrünü yerinə yetirmək üçün şükür səcdəsi etdim. O dua belədir:
Bu dua imkan daxilində səhər çağı üç dəfə sübh çağı üç dəfə və axşam da üç dəfə oxunur; əgər çətinliyi daha ağır olarsa, onu oxuyandan sonra üç dəfə bu duanı da oxusun: