CƏMADİUS-SANİ AYININ İYİRMİSİ
Bu gün Xanım Fatimə-Zəhranın (s.ə) mübarək doğum günü olduğu üçün bir neçə əməli yerinə yetirmək tövsiyə olunur:
1. Oruc tutmaq;
2. Sədəqə vermək və möminlərə ehsan vermək;
3. O xanımı ziyarət etmək ("Xanım Fatimə-Zəhranı (s.ə) ziyarət etməyin qaydası" adı altında qeyd etdiyimiz ziyarəti oxuya bilərsiniz).