Seyid İbn Tavus "İqbal" kitabında rəcəb ayında İxlas surəsini oxumağın böyük savabı olduğunu qeyd edir. O cümlədən, Həzrət Rəsulallahın (s) bu hədisini qeyd edir: "Hər kim pak niyyətlə rəcəb ayında on min dəfə İxlas surəsini oxusa, Qiyamət səhnəsinə günahdan pak halda – eynilə anadan doğulduqda pak olduğu kimi – daxil olar, yetmiş mələk onu qarşılayar və ona Cənnət müjdəsi verər." Həmçinin Həzrət Rəsulallah (s) bu ayda min dəfə və hətta yüz dəfə İxlas surəsini oxuyanlara böyük savablar verildiyini buyurmuşdur.