Hədislərin birində Həzrət Rəsulallah (s) buyurub: "Hər kim rəcəb ayında oruc tutub dörd rəkət (iki rəkət-iki rəkət) namaz qılsa, birinci rəkətdə yüz dəfə "Ayətəl-kürsi"ni və ikinci rəkətdə iki yüz dəfə İxlas surəsini oxusa, ölməzdən qabaq Cənnətdə öz yerini görər, yaxud başqası onun yerini görər (və ona bəyan edər)."