EN اردو RO AZ
🌐
English اردو Roman Azerbaijani
🏠 🔍
RAMAZANIN İYİRMİ ÜÇÜNCÜ GECƏSİ
Bu gecə 19-cu və 21-ci gecələrdən daha fəzilətlidir. Bir çox hədislərə istinadən, böyük ehtimalla bu gecə Qədr gecəsidir. Hədislərin birində İmam Baqir (ə) buyurur ki, Cəhəni adlı bir kişi ramazan ayında Həzrət Rəsulallahın (s) yanına gəlib ərz etdi: "Mən çox vaxt Mədinədən kənarda oluram, çünki dəvələrim, qoyunlarım vardır və hər gecə Mədinəyə gələ bilmirəm. İstəyirəm, mənə bir gecəni təyin edəsiniz ki, mən həmin gecə Mədinəyə gəlib namaz və ibadətlə məşğul olum." Həzrət Rəsulallah (s) onu öz yanına çağırdı və onun qulağına o müəyyən gecəni dedi. Cəhəni də hər dəfə ramazan ayının 23-cü gecəsi olduqda öz ailəsi, övladları və xidmətçiləri ilə Mədinəyə gələr, həmin gecəni orada keçirib sübh olduqda öz evinə geri dönərdi. Rəvayət olunur ki, Həzrət Rəsulallah (s) ramazan ayının iyirmi üçüncü gecəsi yuxuya getməsinlər deyə öz ailəsinin üzünə su səpərdi (onların bu gecənin fəzilətindən bəhrələnmələrini istəyirdi). Bir çox hədislərdə oxuyuruq ki, Qədr gecəsi ramazan ayının iyirmi üçüncü gecəsidir. Mərhum Əllamə Məclisi də "Zadul-məad" kitabında yazır: Saysız mötəbər hədislər dəlalət edir ki, ramazan ayının iyirmi üçüncü gecəsi Qədr gecəsidir. Ramazan ayının iyirmi üçüncü gecəsində Qədr gecəsinin müştərək əməllərindən əlavə bir neçə əməl də yerinə yetirilir:
1) "Ənkəbut" və "Rum" surələrini oxumaq: İmam Sadiq (ə) buyurub: "Hər kim ramazan ayının iyirmi üçüncü gecəsində "Ənkəbut" və "Rum" surələrini oxusa, and olsun Allaha, cənnət əhlidir."
2) Min dəfə Qədr surəsini oxumaq.
3)
4) Rəvayət olunur ki, Məsumlar (ə) ramazan ayının iyirmi üçüncü gecəsi səcdədə, ayaq üstə, oturan yerdə aşağıdakı duanı oxuyarmışlar.
اَللّٰهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ
صَلَوَاتُكَ عَلَيْهِ وَعَلٰى اٰبَآئِهِ
فِي هٰذِهِ السَّاعَةِ وَفِيْ كُلِّ سَاعَةٍ
وَلِيًّا وَحَافِظًا
وَقَآئِدًا وَنَاصِرًا
وَدَلِيْلًا وَعَيْنًا
حَتّٰى تُسْكِنَهُ اَرْضَكَ طَوْعًا
وَتُمَتِّعَهُ فِيْهَا طَوِيْلًا۔
5) Bu duanı oxuyun:
اَللّٰهُمَّ امْدُدْ لِي فِي عُمْرِيْ،
وَاَوْسِعْ لِي فِي رِزْقِي،
وَاَصِحَّ لِي جِسْمِيْ،
وَبَلِّغْنِيْ اَمَلِيْ،
وَاِنْ كُنْتُ مِنَ الْاَشْقِيَاۤءِ فَامْحُنِيْ مِنَ الْاَشْقِيَاۤءِ،
وَاكْتُبْنِيْ مِنَ السُّعَدَاۤءِ،
فَاِنَّكَ قُلْتَ فِيْ كِتَابِكَ الْمُنْزَلِ
عَلٰى نَبِيِّكَ الْمُرْسَلِ صَلَوٰتُكَ عَلَيْهِ وَاٰلِهِ :
يَمْحُو اللهُ مَا يَشَاۤءُ وَيُثْبِتُ وَعِنْدَهُ اُمُّ الْكِتَابِ۔
6) İmam Sadiqin (ə) buyurduğu bu duanı oxuyun:
اَللّٰهُمَّ اجْعَلْ فِيْمَا تَقْضِيْ وَفِيْمَا تُقَدِّرُ
مِنَ الْاَمْرِ الْمَحْتُوْمِ،
وَفِيْمَا تَفْرُقُ مِنَ الْاَمْرِ الْحَكِيْمِ
فِيْ لَيْلَةِ الْقَدْرِ،
مِنَ الْقَضَاۤءِ الَّذِيْ لَا يُرَدُّ وَلَا يُبَدَّلُ
اَنْ تَكْتُبَنِيْ مِنْ حُجَّاجِ بَيْتِكَ الْحَرَامِ
فِيْ عَامِيْ هٰذَا
الْمَبْرُوْرِ حَجُّهُمْ
الْمَشْكُوْرِ سَعْيُهُمُ،
الْمَغْفُوْرِ ذُنُوْبُهُمُ،
الْمُكَفَّرِ عَنْهُمْ سَيِّئَاتُهُمْ،
وَاجْعَلْ فِيْمَا تَقْضِيْ وَتُقَدِّرُ
اَنْ تُطِيْلَ عُمْرِيْ
وَتُوَسِّعَ لِي فِيْ رِزْقِيْ۔
7) İmam Həsənin (ə) buyurduğu bu duanı oxuyun:
يَا بَاطِنًا فِيْ ظُهُوْرِهِ،
وَيَا ظَاهِرًا فِيْ بُطُوْنِهِ
وَيَا بَاطِنًا لَيْسَ يَخْفٰى،
وَيَا ظَاهِرًا لَيْسَ يُرٰى،
يَا مَوْصُوْفًا لَا يَبْلُغُ بِكَيْنُوْنَتِہِ مَوْصُوْفٌ
وَلَا حَدٌّ مَحْدُوْدٌ،
وَيَا غَآئِبًا غَيْرَ مَفْقُوْدٍ،
وَيَا شَاهِدًا غَيْرَ مَشْهُوْدٍ،
يُطْلَبُ فَيُصَابُ،
وَلَمْ يَخْلُ مِنْهُ السَّمَاوَاتُ وَالْاَرْضُ وَمَابَيْنَهُمَا طَرْفَةَ عَيْنٍ،
لَا يُدْرِكُ بِكَيْفٍ
وَلَا يُؤَيَّنُ بِاَيْنٍ وَلَا بِحَيْثِ،
اَنْتَ نُوْرُ النُّوْرِ
وَرَبَّ الْاَرْبَابِ،
اَحَطْتَ بِجَمِيْعِ الْاُمُوْرِ،
سُبْحَانَ مَنْ لَيْسَ كَمِثْلِهِ شَيْءٌ
وَهُوَ السَّمِيْعُ الْبَصِيْرُ
سُبْحَانَ مَنْ هُوَ هٰكَذَا وَلَا هٰكَذَا غَيْرُهُ۔
Sonra Allahdan öz istəklərini dilə.
8) Ramazan ayının iyirmi üçüncü gecəsi qüsl etmək, əhya saxlamaq və İmam Hüseyni (ə) ziyarət etməyin böyük fəziləti vardır. Həmçinin Qədr gecələrində qılınan yüz rəkət namazın da böyük savabını əldən verməyin. Şeyx Tusi "Təhzib" kitabında Əbu Bəsirdən nəql edir ki, İmam Sadiq (ə) belə buyurdu: "Qədr gecəsi olmasına ümid bəslənilən həmin gecədə yüz rəkət namaz qılın. Hər rəkətdə (Fatihədən sonra) on dəfə İxlas surəsini oxuyun." Əbu Bəsir soruşur: "Əgər namazı ayaq üstə qıla bilməsəm, nə edim?" İmam (ə) buyurur: "Oturan halda qıl." Əbu Bəsir yenə soruşur: "Əgər oturan halda qıla bilməsəm, nə edim?" İmam (ə) buyurur: "Yatağında uzandığın halda qıl."
9) Mərhum Əllamə Məclisi "Zadul-məad" kitabında yazır: Bu gecədə bacardığın qədər Quran oxu, həmçinin "Səhifeyi Səccadiyyə"nin dualarından oxu, xüsusilə də, "Məkarimul-əxlaq", "Tövbə" dualarını.
Qədr gecələrinin gündüzlərini də ibadət və dua etməklə məşğul olmaq lazımdır. Hədislərdə buyurulur ki, Qədr gecələrinin gündüzləri Qədr gecələri qədər fəzilətlidir.