EN اردو RO AZ
🌐
English اردو Roman Azerbaijani
🏠 🔍
RAMAZANIN AXIRINCI GECƏSİ
Bu mübarək gecədə də bir neçə əməli yerinə yetirmək nəql olunmuşdur:
1) Qüsl etmək.
2) İmam Hüseyni (ə) ziyarət etmək.
3) "Ənam",
اَسْتَغْفِرُ اللهَ وَاَتُوْبَ اِلَيْهِ۔
4) Şeyx Kuleyninin İmam Sadiqdən (ə) nəql etdiyi bu duanı oxumaq:
اَللّٰهُمَّ هٰذَا شَهْرُ رَمَضَانَ الَّذِيْ اَنْزَلْتَ فِيْهِ القُرْاٰنَ وَقَدْ تَصَرَّمَ،
وَاَعُوْذُ بِوَجْهِكَ الْكَرِيْمِ يَارَبِّ
اَنْ يَطْلُعَ الْفَجْرُ مِنْ لَيْلَتِيْ هٰذِهِ
اَوْ يَتَصَرَّمَ شَهْرُ رَمَضَانَ
وَلَكَ قِبَلِيْ تَبِعَةٌ اَوْ ذَنْبٌ تُرِيْدُ اَنْ تُعَذِّبَنِيْ بِهِ يَوْمَ اَلْقَاكَ۔
5) Əllərini göyə qaldırıb bu duanı oxu:
يَامُدَبِّرَ الْاُمُوْرِ،
يَابَاعِثَ مَنْ فِي الْقُبُوْرِ،
يَامُجْرِيَ الْبُحُوْرِ
يَامُلَيِّنَ الْحَدِيْدِ لِدَاوُدَ
صَلِّ عَلٰى مُحَمَّدٍ وَاٰلِ مُحَمَّدٍ
وَافْعَلْ بِي كَذا وَكَذا
6) Ramazan ayı ilə vidalaşmaq: vida dualarını böyük alimlərimiz öz kitablarında qeyd etmişlər. Bunlar arasında ən yaxşı dua "Səhifeyi Səccadiyyə"nin 45-ci duasıdır. Həmin dua belə başlayır:
اَللّٰهُمَّ يَا مَنْ لَا يَرْغَبُ فِيْ۔۔۔۔
Seyid İbn Tavus nəql edir ki, İmam Sadiq (ə) buyurmuşdur: "Hər kim ramazan ayının axırıncı gecəsi bu ayla vidalaşsa və bu duanı oxusa, sübh olmamışdan qabaq Allah onu bağışlayar, ona tövbə etmək uğurunu əta edər:
اَللّٰهُمَّ لَا تَجْعَلُهُ اٰخِرَ الْعَهْدِ مِنْ صِيَامِيْ لِشَهْرِ رَمَضَانَ،
وَاَعُوْذُ بِكَ اَنْ يَطْلُعَ فَجْرُ هٰذِهِ اللَّيْلَةِ اِلَّا وَقَدْ غَفَرْتَ لِي۔
Cabir ibn Abdullah Ənsari nəql edir ki, ramazan ayının axırıncı cümə günü Həzrət Peyğəmbərin (s) hüzuruna getmişdim. O həzrət mənə buyurdu: "Bu gün ramazan ayının axırıncı cüməsidir, onunla vidalaş və de:
اَللّٰهُمَّ لَا تَجْعَلُهُ اٰخِرَ الْعَهْدِ مِنْ صِيَامِنَا اِيَّاهُ
فَاِنْ جَعَلْتَهُ فَاجْعَلْنِيْ مَرْحُوْمًا وَلَا تَجْعَلْنِيْ مَحْرُوْمًا۔
Həzrət Peyğəmbər (s) daha sonra buyurdu: "Hər kim bu gün bu duanı oxusa, iki yaxşı xislətə nail olar, yaxud gələn ramazan ayını görər, yaxud Allahın bağışlanmasına və sonsuz rəhmətinə qovuşar."
7) Həzrət Rəsulallahın (s) buyurduğu bu on rəkət namazı qılmaq: Ramazan ayının axırıncı gecəsi on rəkət (iki rəkət-iki rəkət) namaz qıl: belə ki, hər rəkətdə bir dəfə Fatihə və on dəfə İxlas surəsini oxu. Rükuda və səcdələrdə on dəfə de:
سُبْحَانَ اللهِ
وَالْحَمْدُ لِلّٰهِ
وَلَآ اِلٰهَ اِلَّا اللهُ
وَاللهُ اَكْبَرُ۔
Hər iki rəkətdən sonra təşəhhüdü və salamı de. On rəkət namaz tamamlandıqdan sonra min dəfə de:
اَسْتَغْفِرُ اللهَ وَاَتُوْبَ اِلَيْهِ۔
İstiğfardan sonra səcdəyə gedib de:
يَاحَيُّ يَاقَيُّوْمُ،
يَاذَا الْجَلَالِ وَالْاِكْرَامِ،
يَارَحْمٰنَ الدُّنْيَا وَالْاٰخِرَةِ وَرَحِيْمَهُمَا،
يَااَرْحَمَ الرَّاحِمِينَ،
يَااِلٰهَ الْاَوَّلِيْنَ وَالْاٰخِرِيْنَ،
اِغْفِرْ لَنَا ذُنُوْبَنَا،
وَتَقَبَّلْ مِنَّا صَلَاتَنَا وَصِيَامَنَا وَقِيَامَنَا۔
Həzrət Rəsulallah (s) buyurub: "Hər kim bu əməlləri yerinə yetirsə, məni peyğəmbərliyə göndərənin haqqına and olsun ki, Cəbrail İsrafildən və İsrafil də öz Rəbbindən mənə xəbər verdi ki, bu şəxs başını səcdədən qaldırmamış Allah onu bağışlayar və ramazan ayını ondan qəbul edər, onun günahlarından keçər..."