EN اردو RO AZ
🌐
English اردو Roman Azerbaijani
🏠 🔍
ZİL-HİCCƏNİN SƏKKİZİNCİ GÜNÜ
Bu gün "Tərviyə" günü adlanır. Tərviyə sözünün mənası "sirab etmək, su ehtiyatı yığmaq" deməkdir. Əvvəllər Ərəfat çöllüyündə su olmadığından hacılar zil-hiccə ayının 9-cu günü Ərəfatda qalmaq üçün zil-hiccə ayının 8-ci günü Məkkədən ora su daşıyardılar. İmam Sadiq (ə) buyurmuşdur ki, bu gün oruc tutmaq çox günahların kəffarəsidir.