وَ جَعَلَنَا وَ اِيَّاكُمْ مِنَ الطَّالِبِيْنَ بِثَارِهِ
مَعَ وَلِيِّهِ الْاِمَامِ الْمَهْدِيِّ مِنْ اٰلِ مُحَمَّدٍ عَلَيْهِمُ السَّلَامُ۔
Yaxşı olar ki, şiələr bu gündə işlərini tətil etsinlər və qazanc dalınca getməsinlər, ev üçün bir şey almasınlar. Həmin gün yas saxlasınlar və doğmalarını itirmiş şəxslər kimi hüznlü olsunlar. İmam Əli ibn Musa ər-Rza (ə) buyurub: "Hər kim Aşura günü dünya işlərini tətil etsə, Allah onun dünya və axirət istəklərini həyata keçirər. Hər kim üçün Aşura günü qəm-qüssə və yas günü olsa, Allah-Təala Qiyamət gününü onun üçün sevinc günü edər və o, Cənnətdə bizi görüb gözləri aydın olar. Hər kim Aşura gününü özü üçün bərəkət günü hesab etsə və həmin gün evi üçün bir şey alıb qoysa, o malın onun üçün heç bir bərəkəti olmayacaqdır." (Əlbəttə, bu, insanlara xidmət göstərən peşə sahiblərinə, məsələn, həkimlərə, nəqliyyat işçilərinə və s. şamil olmur.) Başqa bir rəvayətdə İbn Abbas deyir: "Ziqar" məntəqəsində Əmirəl-mömininin (ə) yanına getdim. O, Rəsulallahın (s) imlası və öz dəsti-xətti ilə yazdığı bir vərəq çıxartdı. Əmirəl-möminin (ə) bu vərəqi mənə oxudu. Orada İmam Hüseynin (ə) necə şəhid olacağı, kimlərin onu qətlə yetirəcəyi, kimlərin ona kömək edib onunla birlikdə şəhid olacağı yazılmışdı. Əmirəl-möminin (ə) bunları oxuduqda möhkəm ağladı, mən də ağladım.
Mərhum İbn Quləvəyh bir rəvayətə istinadən deyir: Hər kim Aşura günü İmam Hüseynin (ə) qəbrinin kənarında olsa və zəvvarlara (kömək edib) su versə, o həzrətin döyüşçülərinə su vermiş və Kərbəlada o həzrətlə birlikdə olmuş kimi olar.
Yaxşı olar ki, Aşura günü oruc niyyəti etmədən yeyib-içməkdən çəkinin. Əsr vaxtı isə az miqdarda yemək yeyib su için (doğmasını itirən şəxslər kimi). Məhrum Əllamə Məclisi "Zadul-məad" kitabında yazır: Yaxşı olar ki, məhərrəm ayının doqquzuncu və onunucu günlərini oruc tutmayasan, çünki Bəni-Uməyyə bu iki gündə bərəkət üçün və İmam Hüseyni (ə) qətlə yetirmələrinin şükranəsə olaraq oruc tutardılar. Əhli-beytin saysız hədislərində bu iki gündə oruc tutmaq pislənmişdir, xüsusilə də, Aşura günündə.
Bu gün zarafat edib gülmək, əylənmək, bir sözlə, insanı şənləndirən işlərdən çəkinmək lazımdır.
Aşura günü qürub vaxtı İmam Hüseyn (ə) və onun silahdaşlarının övladları və qadınlarının müsibətlərini yad edin. Çünki həmin anlar onların ən çətin anları olmuşdur: şəhidlərin cəsədləri torpaq üstündə qalmış, uşaqlar susuz və ağlar hərəsi bir tərəfə qaçışır, xeymələr qarət olunur və onlara od vurulur. Bu arada Xanım Zeynəb, Xanım Ummi-Külsüm və İmam Zeynul-abidin (ə) sinəsidağlı şəhid ailələrinin pənah yeridir: onlrın özləri bu qədər müsibət içərisində olmalarına baxmayaraq şəhidlərin ailələrini sakitləşdirməyə çalışırlar. Bu qürub çağında Rəsulallahın (s) ailəsi elə müsibətlərə dözdü ki, onları təsəvvür və vəsf etmək çox-çox çətindir: ürəyi sızladan və göz yaşlarını axıdan müsibətlər.
AŞURA GÜNÜNÜN ƏMƏLLƏRİ
1. Aşura günü min dəfə İxlas surəsini oxumağın böyük fəziləti vardır. İmam Sadiq (ə) buyurub: "Hər kim Aşura günü min dəfə İxlas surəsini oxusa, Rəhman Allah ona (rəhmət) nəzərini salar. Hər kimə Rəhman Allah (rəhmət) nəzərini salsa, onu cəzalandırmaz."
2. Çoxlu salavat demək.
3. İmam Hüseynin (ə) qatillərinə lənət etmək. Bu zikri min dəfə demək:
اَللّٰهُمَّ الْعَنْ قَتَلَةَ الْحُسَيْنِ عَلَيْهِ السَّلَامُ۔
4. Aşura ziyarətnaməsi, Əlqəmə duası və Nahiyeyi müqəddəsə ziyarətini oxumaq tövsiyə olunur.
5. Sübh və Zöhr namazları arasında dörd rükətli namaz (2+2) qılmaq. Birinci rükətdə Fatihədən sonra Kafirun surəsi, ikinci rükətdə isə Fatihədən sonra İxlas surəsi oxunur. Üçüncü rükətdə Fatihədən sonra Əhzab, dördüncü rükətdə Fatihədən sonra isə Münafiqun surəsi oxunur.
6. Bu zikri çoxlu demək:
اَللّٰهُمَّ الْعَنْ قَتَلَةَ الْحُسَيْنِ وَاَوْلَادِهِ وَاَصْحَابِ هِ
və bunu:
فَیَا لَیْتَنِیْ کُنْتُ مَعَکُمْ فَاَفُوْزَ مَعَکُمْ فَوْزًا عَظِیْمًا
7. Seyid İbn Tavus bu gündə Əşərat duasını oxumağı tövsiyə etmişdir.
8. İmam Hüseynin (ə) 6 aylıq südəmər körpəsi Əli-Əsğərin qan içindəki bədənini qucağına aldığı o anı xatırlayın. O, körpənin nəşini anasına təslim etmək üçün xeymələrə (çadırlara) tərəf gedərkən tərəddüd edirdi.
Bir neçə addım irəli gedin və sonra başladığınız yerə 7 dəfə geri dönün.
Yeddi dəfə irəli və geri hərəkət edərkən aşağıdakıları deyin:
اِنَّا لِلّٰهِ وَ اِنَّا اِلَيْهِ رَاجِعُوْنَ رِضًا بِقَضَاَئِهِ وَ تَسْلِيْمًا لِاَمْرِهِ
Sonra dayandığınız (əvvəlki) yerə qayıdın və bu duanı oxuyun:
اَللّٰهُمَّ عَذِّبِ الْـفَجَرَةَ الَّذِيْنَ شَاقُّوْا رَسُوْلَكَ وَ حَارَبُوْا اَوْلِيَآئَكَ وَ عَبَدُوْا غَيْرَكَ وَ اسْتَحَلُّوْا مَـحَارَمَكَ وَ الْعَنِ الْقَادَةَ وَ الْاَتْبَاعَ وَ مَنْ كَانَ مِنْهُمْ فَخَبَّ وَ اَوْضَعَ مَعَهُمْ اَوْرَضِىَ بِفِعْلِهِمْ لَعْنًا كَثِيْرًا
اَللّٰهُمَّ وَ عَجِّلْ فَرَجَ اٰلِ مُحَمَّدٍ وَاجْعَلْ صَلَوَاتِكَ عَلَيْهِ وَ عَلَيْهِمْ وَاسْتَنْقِذْهُمْ مِنْ اَيْدِى الْمُنَافِقِيْنَ الْمُضِلِّيْنَ وَ الْكَفَرَةِ الْجَاحِدِيْنَ وَافْتَحْ لَهُمْ فَتْحًا يَّسِيْرًا وَ اَتِحْ لَـهُمْ رَوْحًا وَ فَرَجًا قَرِيْبًا وَاجْعَلْ لَهُمْ مِنْ لَّدُنْكَ عَلٰى عَدُوِّكَ وَ عَدُوِّهِمْ سُلْطٰنًا نَّصِيْرًا