EN اردو RO AZ
🌐
English اردو Roman Azerbaijani
🏠 🔍
CƏMADİUS-SANİ AYININ ƏMƏLLƏRİ
Bu gün mərhum Seyid İbn Tavusun "İqbal" kitabında qeyd etdiyi duanı oxumaq bəyənilir: Seyid İbn Tavus qeyd edir ki, bu ayda – ayın hansı günü olursa olsun, amma yaxşı olar ki, ayın birinci günü olsun – dörd rəkət namaz qıl (iki rəkət-iki rəkət): birinci rəkətdə Fatihədən sonra bir dəfə "Ayətəl-kursi" və iyirmi beş dəfə Qədr surəsini, ikinci rəkətdə Fatihədən sonra bir dəfə "Təkasur" və iyirmi beş dəfə İxlas surəsini, üçüncü rəkətdə Fatihədən sonra bir dəfə Kafirun və iyirmi beş dəfə Fələq surəsini, dördüncü rəkətdə Fatihədən sonra bir dəfə Nəsr və iyirmi beş dəfə Nas surəsini oxu. Namazı qılıb qurtardıqdan sonra yetmiş dəfə bu zikri de:
سُبْحَانَ اللّٰهِ
وَ الْحَمْدُ لِلّٰهِ
وَ لَاۤ اِلٰهَ اِلَّا اللّٰهُ
وَ اللّٰهُ اَكْبَرُ
Sonra yetmiş dəfə salavat de:
اَللّٰهُمَّ صَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
Sonra üç dəfə de:
اَللّٰهُمَّ اغْفِرْ لِلْمُؤْمِنِيْنَ وَ الْمُؤْمِنَاتِ
Daha sonra başını səcdəyə qoy və üç dəfə de:
يَا حَيُّ يَا قَيُّوْمُ
يَا ذَا الْجَلَالِ وَ الْاِكْرَامِ
يَا اَللّٰهُ يَا رَحْمَانُ يَا رَحِيْمُ
يَاۤ اَرْحَمَ الرَّاحِمِيْنَ
Sonda Allahdan öz istəyini dilə (ümid vardır ki, qəbul olunar).
Bu rəvayətdə qeyd olunur ki, hər kim bu namazı qeyd olunan qaydada qılarsa, Allah onu, onun mal-mülkünü, ailəsini və övladlarını, həmçinin dinini və dünyasını gələn ilə qədər qoruyar. Əgər həmin il ölərsə, ona şəhidlərin savabı yazılar.