SÜBH NAMAZININ TƏQİBATI (2)
1) Əmirəl-möminin Əli (ə) buyurub: "Sübh namazından sonra günəş doğanadək Allahı zikr etmək ruzinin yetişməsində hətta ziyarət səfərindən də çox təsirlidir.
2) Həzrət Peyğəmbər (s) buyurub: "Hər kim şəfəq doğandan (sübh azanı vaxtından) günəş doğanadək öz namaz məkanında əyləşib namazın təqibatı ilə məşğul olsa, Allah onu cəhənnəm odundan qoruyar.
3) İmam Baqir (ə) buyurub: "Şeytan öz qoşununu şəfəq (fəcr) doğandan günəş doğanadək yer üzünə yayar. Həmçinin, öz gecə qoşununu günəş qürub edəndən məğrib tərəfdəki qırmızılıq aradan gedənədək yer üzünə səpələyər. Buna görə də Rəsulallah (s) buyurub: "Bu iki vaxtda Allahı çox yad edin, çünki bu iki vaxtda şeytan insana Allahı yad etməyi unutdurur.""
4) Səhih sənədlə nəql olunur ki, İmam Rza (ə) Xorasanda olduğu vaxt sübh namazından sonra günəş doğanadək öz namaz məkanında əyləşər və təqibatı yerinə yetirərdi. Sonra o həzrətin misvaklarını gətirər və o, misvak edib, sonra Quran oxuyardı.
5) Həzrət Peyğəmbər (s) buyurub: "Hər kim sübh namazından sonra öz namaz məkanında əyləşib günəş doğanadək təqibat ilə məşğul olsa və Allahı zikr etsə, həcc savabını qazanar."
6) Hədisi-qüdsidə oxuyuruq ki, Allah-Təala buyurur: "Ey Adəm övladı! Sübhdən sonra bir saat və əsrdən sonra bir saat Məni yad et ki, sənin bütün işlərinə kifayət edim."
SÜBH NAMAZININ TƏQİBATINDA OXUNAN ZİKRLƏR:
1) Şeyx Səduq mötəbər sənədlə nəql edir ki, İmam Baqir (ə) buyurub: "Hər kim sübh namazından sonra yetmiş dəfə istiğfar edib ("əstəğfirullahə rəbbi və ətubu iləyh" deyib) bağışlanma diləsə, Allah onu bağışlayar.
2) Yenə də Şeyx Səduq səhih sənədlə nəql edir ki, Əmirəl-möminin Əli (ə) buyurub: "Hər kim sübh namazından sonra on bir dəfə İxlas surəsini oxusa, o, Şeytanın səyinə baxmayaraq, həmin gün günaha batmaz.
3) Mərhum Şeyx Kuleyni səhih sənədlə nəql edir ki, İmam Sadiq (ə) buyurub: "Hər kim sübh namazından sonra yüz dəfə bu kəlməni desə, həmin gün xoşagəlməz bir hadisə ilə qarşılaşmaz: