ŞEYX KULEYNİNİN ZİYARƏTİ
Tövsiyə olunur ki, hörmətli zəvvar Bağdadda böyük şeyx Məhəmməd ibn Yaqub Kuleynini də ziyarət etsin. O, öz dövrünün ən böyük şiə alimi və ən etibarlı hədis ravisi olmuşdur. Şiənin ən mühüm hədis mənbəyi olan "Usuli-kafi" kitabını o, iyirmi il ərzində toplamış və bununla şiə alimlərinin üzərinə böyük haqq qoymuşdur. O, elə bir əzəmətli şəxsiyyətdir ki, İbn Əsir (tanınmış tarixçi) onu dördüncü əsrin əvvəlində İmamiyyə məzhəbinə yeni həyat verən bir şəxsiyyət hesab etmişdir, necə ki, İmam Rzanı (ə) üçüncü əsrin əvvəlində bu məzhəbi dirçəldən bir şəxsiyyət hesab etmişdir.
(Əlbəttə, bu o demək deyil ki, "Usuli-kafi" kitabındakı hədislərin sənədlərinin və məzmununun araşdırılmasına ehtiyac yoxdur.)