MÖMİNLƏRİN QƏBRİNİ ZİYARƏT ETMƏYİN FƏZİLƏTİ
1. "Kamiluz-ziyarat" kitabında İmam Musa ibn Cəfərin (ə) bu hədisi qeyd olunub: "Hər kimin bizi ziyarət etmək imkanı yoxdursa, bizim dostlarımızdan olan saleh bəndələri ziyarət etsin. Belə şəxsə bizi ziyarət etməyin savabı yazılar. Hər kimin bizə yaxşılıq etmək imkanı yoxdursa, bizim dostlarımızdan olan saleh bəndələrə yaxşılıq etsin. Belə şəxsə bizə yaxşılıq etməyin savabı yazılar."
2. İmam Rzanın (ə) səhabələrindən olan Məhəmməd ibn Əhməd ibn Yəhya Əşəri o həzrətin belə buyurduğunu nəql edir: "Hər kim mömin qardaşının qəbri kənarına getsə və əlini qəbrin üstünə qoyub yeddi dəfə Qədr surəsini oxusa, "böyük qorxu" günündə (yəni Qiyamət günündə) amanda olar." Bəzi hədislərdən belə əldə olunur ki, bu savab qəbir sahibi üçün də yazılır.
3. "Möminlərin qəbrini ziyarət etməyin qaydası" başlığı altında olan hədislərdən əldə olunur ki, bəzi zikirləri oxumaqla ziyarətçinin, onun ata-anasının çoxlu günahları bağışlanılır, həmçinin o, Qiyamət gününün əzabından amanda qalır.
MÖMİNLƏRİN QƏBRİNİ ZİYARƏT ETMƏYİN QAYDASI
1. Əbdur-Rəhman ibn Əbi Əbdullah və Məhəmməd ibn Əhməd ibn Yəhyanın nəql etdikləri hədislərə istinadən, möminin qəbrini ziyarət edən ziyarətçi üzü qibləyə dayansın və əlini qəbrin üstünə qoysun.
2. Yeddi dəfə Qədr surəsini oxusun, necə ki, Əşərinin nəql etdiyi hədisdə qeyd olunmuşdur. Bəzi hədislərdə Fatihə surəsini oxumaq da qeyd olunub. Əgər imkan olarsa, mərhumun ruhunun şad olması üçün
3. İmam Sadiqdən (ə) nəql olunan bu duanı oxusun:
اَنْتُمْ لَنَا فَرَطٌ
وَ نَحْنُ اِنْ شَاۤءَ اللّٰهُ بِكُمْ لَاحِقُوْنَ۔
4. İmam Hüseyndən (ə) nəql olunur ki, hər kim qəbristanlığa daxil olub bu duanı oxusa, Allah-Təala insanların sayı qədər – Adəmdən Qiyamətədək yer üzündə olmuş və yer üzünə gələcək insanların sayı qədər – ona savab yazar. Dua belədir:
اَللّٰهُمَّ رَبَّ هٰذِهِ الْاَرْوَاحِ الْفَانِيَةِ
وَ الْاَجْسَادِ الْبَالِيَةِ
وَ الْعِظَامِ النَّخِرَةِ
الَّتِيْ خَرَجَتْ مِنَ الدُّنْيَا وَ هِيَ بِكَ مُؤْمِنَةٌ
اَدْخِلْ عَلَيْهِمْ رُوْحًا مِنْكَ وَ سَلَامًا مِنِّيْ
5. Əmirəl-möminin Əli (ə) buyurub ki, hər kim qəbristanlığa daxil olub bu duanı oxuyarsa, Allah-Təala ona və ata-anasına çoxlu savab yazar:
اَلسَّلَامُ عَلٰىۤ اَهْلِ لَاۤ اِلٰهَ اِلَّا اللّٰهُ
مِنْ اَهْلِ لَاۤ اِلٰهَ اِلَّا اللّٰهُ
يَا اَهْلَ لَاۤ اِلٰهَ اِلَّا اللّٰهُ
بِحَقِّ لَاۤ اِلٰهَ اِلَّا اللّٰهُ
كَيْفَ وَجَدْتُمْ قَوْلَ لَاۤ اِلٰهَ اِلَّا اللّٰهُ
مِنْ لَاۤ اِلٰهَ اِلَّا اللّٰهُ
يَا لَاۤ اِلٰهَ اِلَّا اللّٰهُ
بِحَقِّ لَاۤ اِلٰهَ اِلَّا اللّٰهُ
اِغْفِرْ لِمَنْ قَالَ لَاۤ اِلٰهَ اِلَّا اللّٰهُ
وَ احْشُرْنَا فِيْ زُمْرَةِ مَنْ قَالَ لَاۤ اِلٰهَ اِلَّا اللّٰهُ
مُحَمَّدٌ رَسُوْلُ اللّٰهِ
عَلِيٌّ وَلِيُّ اللّٰهِ۔
6. Başqa bir rəvayətə görə, qəbiristanlığın yanından keçəndə deyiləcək ən yaxşı şey, orada dayandıqdan sonra bu sözlərdir:
اَللّٰهُمَّ وَلِّهِمْ مَا تَوَلَّوْا
وَ احْشُرْهُمْ مَعَ مَنْ اَحَبُّوْا۔
7. "Misbah əz-Zair" kitabında Seyid ibn Tavus deyir: Möminlərin qəbrini ziyarət etmək istədikdə, cümə axşamı edin; alınmasa başqa bir gündə də onları ziyarət edə bilərsiniz. Bunu etmək üçün üzünüzü qibləyə çevirin, əlinizi məzarın üstünə qoyub bu duanı deyin:
اَللّٰهُمَّ ارْحَمْ غُرْبَتَهُ
وَ صِلْ وَحْدَتَهُ
وَ اٰنِسْ وَحْشَتَهُ
وَ اٰمِنْ رَوْعَتَهُ
وَ اَسْكِنْ اِلَيْهِ مِنْ رَحْمَتِكَ
رَحْمَةً يَسْتَغْنِيْ بِهَا عَنْ رَحْمَةِ مَنْ سِوَاكَ
وَ اَلْحِقْهُ بِمَنْ كَانَ يَتَوَلَّاهُ
Daha sonra yeddi dəfə Qədr surəsini oxuyun.
8. Cümə axşamı günü (pəncşənbə günü) möminlərin qəbrini ziyarət etməyin xüsusi fəziləti vardır. Hədislərə istinadən, qəbirləri ziyarət etmək üçün ən yaxşı vaxt günəş çıxmazdan bir saat əvvəldır. Gecə vaxtı qəbirləri ziyarət etməyin kərahəti vardır, belə ki, "Də'vat-i Ravəndi"də Həzrət Rəsulallahın (s) Əbuzərə belə tövsiyə etdiyi qeyd olunmuşdur.
9. İbn Quləvəyh yazır ki, Səfvan Cəmmal İmam Sadiqin (ə) belə buyurduğunu belə nəql edir: "Rəsulallah bir dəstə səhabəsi ilə birlikdə daim cümə axşamı günü əsr vaxtı "Bəqi" məzarlığına daxil olar, qəbir əhlinə üç dəfə "əs-Sələmu ələykum yə əhləd-diyər" (Salam olsun sizə ey bu diyar əhli) və üç dəfə "Rəhiməkumullah" (Allah sizə rəhmət etsin) deyərdi."
10. Hədislərdə qeyd olunur ki, hər kim bir qəbristanlıqdakı möminlər üçün on bir dəfə İxlas surəsini oxusa, Allah oradakı qəbirlərin sayı qədər ona savab verər.
11. Əgər Quran oxumaq istəsən,
12. Məhəmməd ibn Muslim deyir: Mən İmam Sadiqə (ə) ərz etdim: "Ölüləri ziyarət edəkmi?" İmam Sadiq (ə): "Bəli" – deyə buyurdu. Mən soruşdum: "Onlar bizim onları ziyarət etdiyimizi başa düşürlərmi?" İmam Sadiq (ə) buyurdu: "Bəli, and olsun Allaha ki, onlar başa düşürlər və şad olurlar, sizinlə ünsiyyətdə olurlar." Mən soruşdum: "Biz onları ziyarət etdikdə nə deyək?" İmam Sadiq (ə) buyurdu: Belə de:
اَللّٰهُمَّ جَافِ الْاَرْضَ عَنْ جُنُوْبِهِمْ
وَ صَاعِدْ اِلَيْكَ اَرْوَاحَهُمْ
وَ لَقِّهِمْ مِنْكَ رِضْوَانًا
وَ اَسْكِنْ اِلَيْهِمْ مِنْ رَحْمَتِكَ
مَا تَصِلُ بِهِ وَحْدَتَهُمْ
وَ تُوْنِسُ بِهِ وَحْشَتَهُمْ
اِنَّكَ عَلٰى كُلِّ شَيْءٍ قَدِيْرٌ۔