EN اردو RO AZ
🌐
English اردو Roman Azerbaijani
🏠 🔍
KUFƏ ŞƏHƏRİNİN FƏZİLƏTİ
Baxmayaraq ki, Kufə camaatının böyük əksəriyyəti vəfasız, daşürəkli, qorxaq insanlar olmuşlar və şiələrin yaddaşında Kufə şəhərindən çox acı xatirələr qalmışdır, amma unutmamalıyıq ki, İmamların (ə) ən yaxın və vəfalı dostlarının, böyük şəxsiyyətlərin əksəriyyəti də elə bu şəhərdən olmuşdur. Bu səbəbdən Kufə şəhərinin fəziləti və əzəməti barədə saysız hədislər vardır. O cümlədən: 1- Kufə Allah-Təalanın seçdiyi dörd şəhərdən biridir. 2- Allah-Təalanın "Bələd" surəsində and içdiyi "Turi-sinin", təfsirçilərin rəyinə görə bu məntəqədir. 3- Bu məntəqə Allahın, Rəsulallahın (s) və Əmirəl-möminin Əlinin (ə) hərəmi hesab olunmuşdur. 4- Bu şəhərdə verilən bir dirhəm sədəqə başqa yerlərdə verilən yüz dirhəm sədəqəyə bərabərdir. 5- Bu şəhərdə qılınan iki rəkət namaz başqa yerlərdə qılınan yüz rəkət namaza bərabərdir. 6- Bu məntəqə cənnət bağlarından biridir, belə ki, orada Nuhun, İbrahimin... və canişinlərin sərvəri Əmirəl-möminin Əlinin (ə) qəbri yerləşir. (Bu hədisdən belə başa düşülür ki, Kufə bu kimi hədislərdə Nəcəfə də şamil olur.)