İMAM BAQİRİ (Ə) ZİYARƏT ETMƏYİN FƏZİLƏTİ
İbn Quləvəyh "Kamiluz-ziyarat" kitabında qeyd edir ki, Hişam ibn Salim İmam Sadiqdən (ə) belə rəvayət edir: "Bir kişi o həzrətə ərz etdi ki, sizin atanızı da ziyarət etmək olarmı? O: "bəli"- deyə buyurdu. Kişi ərz etdi: "Onu ziyarət etməyin savabı nədir?" İmam (ə) buyurdu: "Əgər onun imamətinə etiqadı varsa və ona tabedirsə, Cənnət onundur". Kişi ərz etdi: "Bəs əgər bir kəs onu ziyarət etmək istəməsə, cəzası nədir?" İmam (ə) buyurdu: ""Həsrət günü" olan Qiyamət günündə həsrət çəkmək!..."