EN اردو RO AZ
🌐
English اردو Roman Azerbaijani
🏠 🔍
Həsən ibni Muslə Cəmkərani deyir: Bizim mövlamız həzrət Sahibəz-Zaman (ə.f) buyurmuşdur: Camaata de, bu məkana rəğbət bəsləsinlər, buranı əzizləsinlər və bu məkanda dörd rəkət namaz qılsınlar: İki rəkət məscidin "təhiyyət" namazından ibarətdir ki, hər rəkətdə bir dəfə Fatihə və yeddi dəfə İxlas surəsi oxunur. Hər ruku və səcdənin zikrləri də yeddi dəfə deyilir. İmam Zamana (ə.f) məxsus olan digər iki rəkət namaz da bu tərtiblədir: Fatihə surəsini oxuyub
اِيَّاكَ نَعْبُدُ وَاِيَّاكَ نَسْتَعِيْنَ
ayəsinə çatdıqda onu yüz dəfə təkrar edirsən. Ondan sonra Fatihə surəsini axıra çatdırır, ikinci rəkətdə də həmin qayda ilə əməl edirsən. Ruku və səcdələrin zikri də yeddi dəfə təkrar edilir. Namazı qurtardıqdan sonra "Lə iləhə illəllah" deyib həzrəti Fatimeyi-Zəhranın (s.ə) təsbihini deyirsən. Bu təsbih tamam olduqdan sonra başını səcdəyə qoyub Peyğəmbər (s) və Əhli-Beytə (ə) yüz dəfə salavat göndərirsən.
Həzrət (ə.f) sonra buyurdu: "Hər kəs bu namazı qılsa, Kəbədə namaz qılmış şəxs kimidir."