EN اردو RO AZ
🌐
English اردو Roman Azerbaijani
🏠 🔍
Mərhum Mühəddis Nuri "Darus-səlam" kitabında yazır: Rəbbani alim Hacı Molla Fəthəli Sultanabadi nəql edərək deyir: Fazil Müqəddəs Axund Molla Məhəmməd Sadiq Əraqi son dərəcə yoxsulluqda, çətinlikdə, pərişanlıqda və pis vəziyyətdə yaşayırdı. Çətinliklər onun amanını əlindən almışdı. Uzun müddət giriftar vəziyyətdə idi və bu çətinliklərdən xilas ola bilmirdi, işlərində heç bir qurtuluş və ümid yeri yox idi. Nəhayət, yuxu aləmində böyük səhrada uca günbəzi olan bir xeymə görür, soruşur ki, "Bu əzəmətli xeymə kimindir?" Deyillər: "Bu xeymə alınmaz qala, çıxılmaz vəziyyətdə və çətinliyə düşənlərin sığınacağı Həzrət Mehdi Qaimin - intizarı çəkilən imamın və razı olunmuş şəxsindir." Yuxu aləmində surətlə o xeyməyə tərəf gedir. Çünki, başa düşür ki, dərdlərinin dərmanı oradadır.
Pənahsızların pənahının xidmətinə gələn zaman pərişanlıqları, zəmanənin çətinlikləri, təzyiqləri, əhli-əyalının fəqirliyini o həzrətə deyir. Sonra o həzrətdən işlərindəki düyünlərin açılması və qəm-qüssəsinin aradan getməsi üçün dua etməsini istəyir. İmam Zaman (ə.f) onu öz övladlarından olan bir seyidə həvalə edir və işarə ilə onun xeyməsini göstərir.
Fazil Müqəddəs o həzrətin hüzurundan xaric olub onun göstərdiyi xeyməyə daxil olur. İçəri daxil olduğu zaman gözlənilmədən ali cənab şəxsiyyət olan Seyid Məhəmməd Sultanabadini (bu mətləbi nəql edən adamın atasını) görür: o, səccadənin üstündə oturmuşdu, dua oxuyur və Quran qiraəti ilə məşğul idi.
Salamdan sonra İmam Zamanın (ə.f) həvalə etdiyini ona ərz etdim. O da bir duanı öyrədir ki, onu çətinliklərdən xilas etsin, ruzi qapılarını onun üzünə açsın.
Yuxudan ayılıb gördü ki, həmin duanı əzbərləmişdir. O, böyük şəxsiyyətli seyidin evinə tərəf hərəkət edir, halbuki, bu yuxudan əvvəl o seyidlə çox da yaxşı əlaqəsi yox idi və ondan uzaq gəzirdi. Belə ki, bunu bəyan etmək mümkün deyildi. Onun evinə daxil olduğu zaman eynilə yuxuda gördüyü kimi müşahidə edir və görür ki, səccadəsinin üzərində oturub dua və istiğfarla məşğuldur. Salam verir. Seyid salamını alıb ona təbəssüm edir, sanki bu hadisədən xəbərdar və qizli sirlərə vaqif imiş. Yuxuda gördüklərini ondan soruşur və seyid də yuxuda öyrətdiyi həmin duanı ona öyrədir. Fazil Müqəddəs o duanı daim təkrarlayır, qısa müddət ərzində dünya hər tərəfdən ona üz gətirir və bütün çətinlikləri həll edilir. Mühəddis Nuri yazır: Müəllimimiz Seyidə xüsusi hörmət göstərər, onun məqamını yüksək sayar və onu tərifləyərdi. O, ömrünün axırında seyidlə görüşmüş və bir neçə il onun şagirdi olmuşdur. Seyidin yuxu aləmində və ayıldıqdan sonra ona öyrətdiyi üç şey olmuşdur:
1- Sübh açılandan sonra əlini sinəsinə qoyub yetmiş dəfə "Ya Fəttah" demək.
Mühəddis Nuri yazır: Kəfəmi "Əl-Misbah" kitabında yazır: Hər kəs bu əməli eləsə, Allah-Təala onun qəlbindəki hicab və pərdələri aradan qaldırar.
2- Şeyx Kuleyni öz sənədi ilə İsmail ibni Əbdul-Xaliqdən nəql edir ki, o belə deyirmiş: "Peyğəmbərin (s) səhabələrindən bir nəfər uzun müddət o həzrətin hüzuruna getmədi. Bir neçə gündən sonra gəldikdə həzrət buyurdu: "Nə üçün bir müddət bizim hüzurumuzdan qaib idin? Sənin qaib olmağının səbəbi nə idi?" Ərz etdi: "Fəqirlik və xəstəlik." Həzrət buyurdu: "Sənə bir dua öyrətməyim ki, xəstəliyi və fəqirliyi səndən uzaq etsin?!" Dedi: "Əlbəttə ki, ya Rəsuləllah!" Həzrət buyurdu: Belə de:
لَا حَوْلَ وَلَا قُوَّةَ اِلَّا بِاللهِ [الْعَلِيِّ الْعَظِيْمِ]، تَوَكَّلْتُ عَلَى الْحَيُّ الَّذِيْ لَايَمُوْتُ، وَالْحَمْدُ لِلّٰهِ الَّذِيْ لَمْ يَتَّخِذْ [صَاحِبَةً وَلَا] وَلَدًا، وَ لَمْ يَكُنْ لَهُ شَرِيْكٌ فِي الْمُلْكِ، وَلَمْ يَكُنْ لَهُ وَلِيٌّ مِنَ الذُّلِّ، وَكَبِّرْهُ تَكْبِيْرًا۔
Ravi deyir: Az vaxt keçməmiş o kişi gəldi və dedi: "Ya Rəsuləllah! Allah-Təala xəstəliyi və fəqirliyi məndən uzaqlaştırdı."
3- Şeyx ibni Fəhd Hilli "Uddətud-dai" kitabında Peyğəmbərdən (s) nəql edir ki, o həzrət belə buyurmuşdur: Hər kəs hər gündə sübh namazından sonra bu duanı oxuyaraq, hacət və ehtiyac əllərini Allah dərgahına qaldırsa, Allah-Təala onun hacətini asanlıqla yerinə yetirər, onun mühüm içlərinin hamısında ona kifayət edər:
بِسْمِ اللهِ وَصَلَّى اللهُ عَلٰى مُحَمَّدٍ وَاٰلِهِ، وَاُفَوِّضُ اَمْرِيْ اِلَى اللهِ، اِنَّ اللهَ بَصِيْرٌ بِالْعِبَادِ، فَوَقٰيهُ اللهُ سَيِّئَاتِ مَا مَكَرُوْا، لَاۤ اِلٰهَ اِلَّا اَنْتَ، سُبْحَانَكَ اِنِّيْ كُنْتُ مِنَ الظَّالِمِيْنَ، فَاسْتَجَبْنَا لَهُ وَنَجَّيْنَاهُ مِنَ الْغَمِّ وَكَذٰلِكَ نُنْجِى الْمُؤْمِنِيْنَ، وَحَسْبُنَا اللهُ وَنِعْمَ الْوَكِيْلُ، فَانْقَلَبُوْا بِنِعْمَةٍ مِنَ اللهِ، وَفَضْلٍ لَمْ يَمْسَسْهُمْ سُوْءٌ، مَا شَاۤءَ اللهُ لَا حَوْلَ وَلَا قُوَّةَ اِلَّا بِاللهِ، مَا شَاۤءَ اللهُ لَا مَا شَاۤءَ النَّاسُ، مَا شَاۤءَ اللهُ وَاِنْ كَرِهَ النَّاسُ۔
حَسْبِيَ الرَّبُّ مِنَ الْمَرْبُوْبِيْنَ، حَسْبِيَ الْخَالِقُ مِنَ الْمَخْلُوْقِيْنَ، حَسْبِيَ الرَّازِقُ مِنَ الْمَرْزُوْقِيْنَ، حَسْبِيَ اللهُ رَبُّ الْعَالَمِيْنَ، حَسْبِيْ مَنْ هُوَ حَسْبِيْ، حَسْبِيْ مَنْ لَمْ يَزَلْ حَسْبِيْ، حَسْبِيْ مَنْ كَانَ مُذْ كُنْتُ [لَمْ يَزَلْ] حَسْبِيْ، حَسْبِيَ اللهُ لَاۤ اِلٰهَ اِلَّا هُوَ، عَلَيْهِ تَوَكَّلْتُ وَهُوَ رَبُّ الْعَرْشِ الْعَظِيْمِ۔
Həqiqətən, bu dua da o dualardan biridir ki, onun daim oxunması gərəkdir, dərk, nəql və xəbər də bizim sözümüzün düzgünlüyünə şahiddir.