EN اردو RO AZ
🌐
English اردو Roman Azerbaijani
🏠 🔍
Mərhum Seyid ibni Tavus "Fəlahus-sail" kitabında yazır: Zöhr namazının təqibatının ən mühümü İmam Sadiqə (ə) tabe olaraq İmam Məhdinin (ə.f) zühuru üçün dua etməkdir. Elə bir İmam ki, Peyğəmbəri-Əkrəm (s) ən səhih rəvayətlərdə onun gələcəyini öz ümmətinə bəyan etmiş və onun axirəz-zamanda zühur edəcəyini vədə vermişdir.
Məhəmməd ibni Röhban Deyləmi öz sənədləri ilə İbad ibni Məhəmməd Mədainidən nəql edir ki, o belə deyirmiş: Mədineyi-Münəvvərədə İmam Sadiqin (ə) hüzuruna getdikdə gördüm ki, o həzrət zöhr namazını qıldıqdan sonra mübarək əllərini asimana qaldırıb belə dua edir:
يَا سَامِعَ كُلِّ صَوْتٍ، يَا جَامِعَ (كُلِّ فَوْتٍ)، يَا بَارِئَ كُلِّ نَفْسٍ بَعْدَ الْمَوْتِ، يَا بَاعِثُ، يَا وَارِثُ، يَا سَيِّدَ السَّادَةِ، يَا اِلٰهَ الْاٰلِهَةِ، يَا جَبَّارَ الْجَبَابِرَةِ، يَا مَلِكَ الدُّنْيَا وَالْاٰخِرَةِ، يَا رَبَّ الْاَرْبَابِ۔ يَا مَلِكَ الْمُلُوْكِ، يَا بَطَّاشُ، يَا ذَا الْبَطْشِ الشَّدِيْدِ، يَا فَعَّالًا لِمَا يُرِيْدُ، يَا مُحْصِيَ عَدَدِ الْاَنْفَاسِ وَنَقْلِ الْاَقْدَامِ، يَا مَنِ السِّرُّ عِنْدَهُ عَلَانِيَةٌ، يَا مُبْدِئُ، يَا مُعِيْدُ۔
اَسْاَلُكَ بِحَقِّكَ عَلٰى خِيَرَتِكَ مِنْ خَلْقِكَ، وَبِحَقِّهِمُ الَّذِيْ اَوْجَبْتَ لَهُمْ عَلٰى نَفْسِكَ، اَنْ تُصَلِّيَ عَلٰى مُحَمَّدٍ وَاَهْلِ بَيْتِهِ (عَلَيْهِ وَعَلَيْهِمُ السَّلَامُ)، وَاَنْ تَمُنَّ عَلَيَّ السَّاعَةَ السَّاعَةَ بِفِكَاكِ رَقَبَتِيْ مِنَ النَّارِ، وَاَنْجِزْ لِوَلِيِّكَ وَابْنِ نَبِيِّكَ الدَّاعِيْ اِلَيْكَ بِاِذْنِكَ، وَاَمِيْنِكَ فِيْ خَلْقِكَ، وَعَيْنِكَ فِيْ عِبَادِكَ، وَحُجَّتِكَ عَلٰى خَلْقِكَ، عَلَيْهِ صَلَوَاتُكَ وَبَرَكَاتُكَ وَعْدَهُ۔
Ərz etdim: "Sənə fəda olum! Özünüz üçün dua etdinizmi?" Həzrət buyurdu: "Ali-Məhəmmədin nuru, onların qaibi və Allahın fərmanı ilə onların düşmənlərindən intiqam alan bir şəxs üçün dua etdim."
Ərz etdim: "Sənə fəda olum! O həzrət nə vaxt qiyam edəcəkdir?" Həzrət buyurdu: "Hər vaxt Allah istəsə - O Allah ki, yaradılış və onların tədbiri Onun əlindədir."
Ərz etdim: "Bundan qabaq əlamətlər olacaqmı?" Həzrət buyurdu: "Bəli! Çoxlu əlamətlər vardır." Ərz etdim: "Onlar hansılardır?" Həzrət buyurdu: "Bir bayraq məşriq tərəfdən, bir bayraq da məğrib tərəfdən qaldırılar, Zəvra əhlinə bir fitnə sayə salar, əmim Zeydin övladlarından olan bir kişi Yəməndən qiyam edər, Kəbənin pərdəsini tarac edərlər. Allahın istəyi isə əncam tapacaqdır."