EN اردو RO AZ
🌐
English اردو Roman Azerbaijani
🏠 🔍
Cabir Cofi deyir: İmam Baqirin (ə) belə buyurduğunu eşitdim: "Hər kəs gecə yatmazdan qabaq musəbbihat surələrini oxusa, həzrət Qaimi (ə.f) görməyincə ölməz. Əgər ölsə, Peyğəmbərin (s) qonşuluğunda olar."
Şərif "Nur" ayəsi, "Rəbbi ədxilni" ayəsi və digər ayələr barəsində bu mövzu ilə münasib olan müəyyən xətmlər zikr olunmuşdur, lakin biz onları (ixtisara riayət etmək üçün) burada nəql etmirik.
Diqqət yetirmək lazımdır ki, İmam Zamanın (ə.f) müqəddəs hüzuruna yetişmək üçün ən yaxşı yol o həzrətin tam razılığını qazanmaq və diqqətini kamil şəkildə cəlb etməkdən ibarətdir.