EN اردو RO AZ
🌐
English اردو Roman Azerbaijani
🏠 🔍
Mərhum Şeyx Kuleyni bir hədisdə İmam Sadiqdən (ə) nəql edir ki, həzrət belə buyurdu:
"O cavan üçün mütləq qeybət dövrü olacaqdır." Soruşdum: "Nə üçün qeybdə olacaqdır?" Buyurdu: "Qorxu üzündən. (Sonra həzrət öz sinəsinə işarə etdi, yəni qətlə yetirilmək qorxusundan.) Hamı onun intizarında olacaq, təvəllüdündə şəkk-şübhəyə düşəcəklər. Bəziləri deyəcək: "Hələ dünyaya gəlməyibdir." Bəziləri də deyəcəkdir: "Atası dünyadan gedəndə heç bir övladı yox idi." Bəziləri də deyəcəklər: "Atasının vəfatından iki il qabaq dünyaya gəlmişdir.""
Zürarə deyir ki, mən ərz etdim: "Əgər o dövrdə olsaq, hansı duanı oxuyaq?" Həzrət buyurdu: "Bu dua ilə Allah dərgahında dua edin:
اَللّٰهُمَّ عَرِّفْنِيْ نَفْسَكَ، فَاِنَّكَ اِنْ لَمْ تُعَرِّفْنِيْ نَفْسَكَ لَمْ اَعْرِفْكَ۔ اَللّٰهُمَّ عَرِّفْنِيْ نَبِيَّكَ، فَاِنَّكَ اِنْ لَمْ تُعَرِّفْنِيْ نَبِيَّكَ لَمْ اَعْرِفْهُ [قَطُّ]۔ اَللّٰهُمَّ عَرِّفْنِيْ حُجَّتَكَ، فَاِنَّكَ اِنْ لَمْ تُعَرِّفْنِيْ حُجَّتَكَ ضَلَلْتُ عَنْ دِيْنِيْ۔