يَاۤ اَللهُ يَا رَحْمَانُ يَا رَحِيْمُ، يَا مُقَلِّبَ الْقُلُوْبِ ثَبِّتْ قَلْبِيْ عَلٰى دِيْنِكَ۔
Mərhum Seyid Əli ibni Tavus "Muhəcud-dəəvat" kitabında yazır ki, Əbdullah ibni Sənan belə demişdir: İmam Sadiq (ə) buyurdu: "Tezliklə bir şübhəyə düçar olacaqsınız. O zaman nə sizə yol göstərəcək bir bayraq olacaq, nə də sizi hidayət edəcək bir imam. O dövrdə yalnız bu duanı oxuyan şəxslər nicat tapar." Ərz etdim: "O dua hansıdır?" Buyurdu: "Belə deyərsən:
Mən "vəl-əbsar" kəlməsini də əlavə etdim.
Həzrət buyurdu: "Həqiqətən Allah-Təala "muqəllibul qulubi vəl əbsar"dır, amma mən dediyim kimi dua et.
Seyid yazır: Bu duada İmamın (ə) "vəl əbsar" kəliməsini deməməsinin səbəbi bəlkə də bu ola bilər ki, qorxunun şiddətindən, həm də gözlərin dəyişilməsi Qiyamət günündə olacaqdır, lakin İmamın (ə) qeybdə olduğu zaman gözlər deyil, yalnız qəlblər qorxunun şiddətindən dəyişiləcəkdir."