Qədim bir kitabda belə yazılmışdır:
Mövlamız İmam Zamana (ə.f) mənsub edilən bir istixarənin qaydası belədir:
Əvvəlcə Fatihə surəsini
ayəsinə qədər oxuyub sonra üç dəfə Peyğəmbər (s) və Ali-Peyğəmbərə (ə) salavat göndərirsən, sonra üç dəfə deyirsən:
«يَا مَنْ يَعْلَمُ اِهْدِ مَنْ لَايَعْلَمُ»
Bundan sonra təsbehin bir qədərini götürüb iki-iki sayırsan, əgər axırda biri qalsa, iş yaxşıdır və onu yerinə yetirin, əgər iki ədəd qalsa, yerinə yetirməyin.
Əgər bir əməlin yaxşı və ya pis olmasını bilmək istəyirsinizsə, yenidən istixarə edib o əməli tərk etməyi nəzərdə tutun. Əgər birinci istixarədə əməlin özünə əmr olunsanız və ikinci istixarədə ondan çəkindirilsəniz, o iş çox yaxşıdır. Əgər ikinci istixarədə də əmr gəlsə, o iş orta səviyyədədir (nə çox yaxşı, nə də pis).
Həmçinin əgər birinci istixarədə əməlin özündən nəhy və tərk edilməsinə əmr olunsanız, gərək o işdən ciddi şəkildə çəkinəsiniz. Əgər o əməlin tərk edilməsində də nəhy olsa, o işdən çəkinmək birinci istixarə kimi deyil.