EN اردو RO AZ
🌐
English اردو Roman Azerbaijani
🏠 🔍
RƏCƏB AYININ ON ÜÇÜNCÜ GECƏSİ
İmam Sadiq (ə) buyurub: "Allah bu ümmətə üç dəyərli ay əta etmişdir ki, bunu əvvəlki ümmətlərə əta etməmişdir. Bu aylar rəcəb, şaban və ramazan aylarıdır. Allah bu ümmətə üç gecə də əta etmişdir ki, bunu əvvəlki ümmətlərə əta etməmişdir. Bu gecələr ayın on üçüncü, on dördüncü və on beşinci gecələridir. Allah bu ümmətə üç (fəzilətli və ali məzmunlu) surə əta etmişdir ki, bunu əvvəlki ümmətlərə əta etməmişdir. Bu surələr
İmam Sadiq (ə) bu namazların savabı barədə buyurdu: "Kim bunu etsə, bu üç ayın savabını əldə edər və Allah onun bütün günahlarını – şirkdən başqa – bağışlayar."
RƏCƏB AYININ ON ÜÇÜNCÜ GÜNÜ
Rəcəb ayının on üçüncü günü Əmirəl-möminin Əlinin (ə) mövlud gününə təsadüf edir və "əyyamul-beyz"in birinci günüdür. Bu günü və sonrakı iki günü oruc tutmağın çox böyük savabı vardır. "Ummi-Davud" əməlini yerinə yetirmək istəyən kəs bu üç günü oruc tutmalıdır.