ŞABAN AYININ BİRİNCİ GECƏSİ
İqbal kitabında şaban ayının birinci gecəsi üçün bir neçə namaz qeyd olunubdur. O cümlədən, Həzrət Rəsulallahın (s) hədisində böyük savablar vəd olunan bu namaz qeyd olunub: On iki rəkət (iki rəkət-iki rəkət) namaz qıl. Hər rəkətdə bir dəfə Fatihə və on beş dəfə İxlas surəsini oxu.