EN اردو RO AZ
🌐
English اردو Roman Azerbaijani
🏠 🔍
RAMAZAN AYINDA QURAN OXUMAQ
Quran oxumaq mübarək ramazan ayının gecə və gündüzlərində yerinə yetirilən ən üstün əməldir, çünki Quran ramazan ayında nazil olmuşdur. Hədislərin birində buyurulur: "Hər bir şeyin baharı vardır və Quranın baharı ramazan ayıdır. Başqa aylarda ay ərzində və ya ən tezi altı gün ərzində Quranı xətm etmək sünnədir. Lakin ramazan ayında hər üç gün ərzində Quranı xətm etmək sünnədir, hətta əgər bacarsan, hər gün Quranı xətm et."
Heç şübhəsiz, Quranın məna və məzmunu ilə tanış olmayanlara tövsiyə olunur ki, az sayda ayə oxusunlar, lakin ayələrin mənasına diqqət yetirsinlər və Quran məktəbindən dərs alsınlar. Həmçinin Quranın göstərişlərini başa düşməkdən ötrü təfsir dərsləri təşkil etmək daha məqsədəuyğundur.
Əllamə Məclisi qeyd edir: Əgər xətm olunan Quranın savabı Həzrət Peyğəmbərin (s), Xanım Fatimə-Zəhranın (s.ə), yaxud Məsumlardan (ə) birinin ruhuna (yaxud İmam Zamana (ə.f)) hədiyyə olunsa, onun savabı daha da artar. Hədislərin birində buyurulur ki, belə bir şəxsin savabı Qiyamət günü o ilahi insanların sayəsində qərar tutmaq olacaqdır.