RAMAZAN AYININ SƏHƏRLƏRİNİN ƏMƏLLƏRİ
Ramazan ayının səhərlərində bir neçə əməli yerinə yetirmək müstəhəbdir:
1. "Sahur", yəni obaşdanlıq yeməyi yemək: Hədislərin birində Həzrət Rəsulallah (s) buyurub ki, "sahur" yeməyini tərk etməyin, hətta bir ədəd xurma olsa belə. Başqa bir hədisdə o həzrət buyurur ki, səhərlər bağışlanma diləyən və sahur yeyənlər üçün mələklər bağışlanma diləyirlər.
2. Sahur yeyərkən Qədr surəsini oxumaq: hədislərin birində İmam Sadiq (ə) buyurur ki, hər bir mömin iftar və sahur yeyərkən Qədr surəsini oxusa, bu iki vaxt arasında şəhidlərin savabını qazanar.