EN اردو RO AZ
🌐
English اردو Roman Azerbaijani
🏠 🔍
QƏDR GECƏLƏRİNİN ƏMƏLLƏRİ
1) Qədr gecəsinin qüslünü etmək: Mərhum Əllamə Məclisi deyir: "Qədr gecələrinin qüslünü günəş qürub edərkən etmək və məğrib namazını bu qüsl ilə qılmaq daha yaxşıdır."
2) İki rəkət namaz qılmaq: Hər rəkətdə Fatihədən sonra yeddi dəfə İxlas surəsi oxunur. Namazı qılıb qurtardıqdan sonra 70 dəfə deyin:
اَسْتَغْفِرُ اللهَ واَتُوبُ اِلَيْهِ
Hədislərin birində Həzrət Rəsulallah (s) buyurub: "Kim bu əməli yerinə yetirsə, yerindən qalxdığı vaxt artıq Allah-Təala onun və ata-anasının günahlarını bağışlanmış olar. Allah mələklər təyin edər ki, gələn ilə qədər onun üçün savab yazsınlar..."
3) İmam Baqir (ə) bu gecənin əməllərindən birinin bu əməl olduğunu buyurmuşdur: Quranı aç və qarşına qoyub de:
اَللّٰهُمَّ اِنِّي اَسْاَلُكَ بِكِتَابِكَ الْمُنْزَلِ وَمَا فِيْهِ
وَفِيْهِ اسْمُكَ الْاَكْبَرُ وَاَسْمَآؤُكَ الْحُسْنٰى،
وَمَا يُخَافُ وَيُرْجٰى
اَنْ تَجْعَلَنِيْ مِنْ عُتَقَآئِكَ مِنَ النَّارِ۔
Sonra Allahdan öz istəyini dilə.
4) İmam Sadiqin (ə) hədisinə əsasən, Quranı başa qoymaq: Qurani-Məcidi başına qoyub de:
اَللّٰهُمَّ بِحَقِّ هَذَا الْقُرْاٰنِ،
وَبِحَقِّ مَنْ اَرْسَلْتَهُ بِهِ،
وَبِحَقِّ كُلِّ مُؤْمِنٍ مَدَحْتَهُ فِيْهِ،
وَبِحَقِّكَ عَلَيْهِمْ،
فَلَا اَحَدَ اَعْرَفُ بِحَقِّكَ مِنْكَ
Sonra hər birini on dəfə de:
بِكَ يَااَللهُ
بِمُحَمَّدٍ
بِعَلِيٍّ
بِفَاطِمَةَ
بِالْحَسَنِ
بِالْحُسَيْنِ
بِعَلِي بْنِ الْحُسَيْنِ
بِمُحَمَّدِ بْنِ عَلِيٍّ
بِجَعْفَرِ بْنِ مُحَمَّدٍ
بِمُوْسَى بْنِ جَعْفَرٍ
بِعَلِيِّ بْنِ مُوسٰى
بِمُحَمَّدِ بْنِ عَلِيٍّ
بِعَلِيِّ بْنِ مُحَمَّدٍ
بِالْحَسَنِ بْنِ عَلِيٍّ
بِالْحُجَّةِ
Sonra Allahdan öz istəklərini dilə.
5) İmam Hüseyni (ə) ziyarət etmək: Əllamə Məclisi deyir ki, bu üç gecənin hər birində İmam Hüseyni (ə) ziyarət etmək təkid olunan müstəhəb əməllərdəndir. Hədisdə buyurulur ki, bu əməl günahların bağışlanmasına səbəb olar. Kim İmam Hüseyni (ə) yaxından ziyarət etmək imkanında deyilsə, o həzrəti uzaqdan ziyarət etsin.
6) Qədr gecələrini əhya saxlamaq: yəni sübhə qədər oyaq qalıb ibadət, dua və Quran oxumaqla məşğul olmaq, dini söhbətlərə qulaq asmaq, dini mövzularda sual-cavab məclisləri təşkil etmək, yaxud təfsir, əqaid, əhkam və bu kimi mövzularda kitab mütaliə etmək. Hədislərin birində İmam Baqir (ə) buyurur: "Hər kim Qədr gecəsi əhya saxlasa, onun günahları – nə qədər çox olsa da – bağışlanar." Yaxşı olar ki, Qədr gecəsindən əvvəlki gün istirahət edəsiniz, yüngül yeməklər yeyib az su içəsiniz ki, gecə sizi yuxu aparmasın. Bütün gecəni əhya saxlaya bilməyənlər yaxşı olar ki, gecənin əvvəlində bir qədər istirahət etsinlər və gecə yarıdan sonra oyanıb ibadətlə məşğul olsunlar.
7) Yüz rəkət (iki rəkət-iki rəkət) namaz qılın. Bu namazın çox böyük savabı vardır. Əgər gücünüz çatsa, yaxşı olar ki, Fatihədən sonra on dəfə İxlas surəsini oxuyun.
8) Mərhum Şeyx Kəf'əmi "Misbah" kitabında yazır ki, İmam Zeynul-abidin (ə) bu duanı 19-cü, 21-ci və 23-cü gecələr ayaq üstə və oturan yerdə, rükuda və səcdələrdə oxuyardı:
اَللّٰهُمَّ اِنِّي اَمْسَيْتُ لَكَ عَبْدًا دَاخِرًا،
لَا اَمْلِكُ لِنَفْسِيْ نَفْعًا وَلَا ضَرًّا،
وَلَا اَصْرِفُ عَنْهَا سُوٓءًا،
اَشْهَدُ بِذٰلِكَ عَلٰى نَفْسِيْ،
وَاَعْتَرِفُ لَكَ بِضَعْفِ قُوَّتِيْ،
وَقِلَّةِ حِيْلَتِيْ،
فَصَلِّ عَلٰى مُحَمَّدٍ وَاٰلِ مُحَمَّدٍ،
وَاَنْجِزْ لِيْ مَا وَعَدْتَنِيْ،
وَجَمِيْعَ الْمُؤْمِنِيْنَ وَالْمُؤْمِنَاتِ،
مِنَ الْمَغْفِرَةِ فِيْ هٰذِهِ اللَّيْلَةِ،
وَاَتْمِمْ عَلَيَّ مَا اٰتَيْتَنِيْ،
فَاِنِّيْ عَبْدُكَ الْمِسْكِيْنُ الْمُسْتَكِيْنُ
الضَّعِيْفُ الْفَقِيْرُ الْمَهِيْنُ،
اَللّٰهُمَّ لَا تَجْعَلْنِيْ نَاسِيًا لِذِكْرِكَ فِيْـمَا اَوْلَيْتَنِيْ،
وَلَا لِاِحْسَانِكَ فِيْـمَا اَعْطَيْتَنِيْ،
وَلَا اٰيِسًا مِنْ اِجَابَتِكَ وَاِنْ اَبْطَاَتَ عَنِّيْ،
فِي سَرَّاۤءَ اَوْ ضَرَّاۤءَ،
اَوْ شِدَّةَ اَوْ رَخَاۤءَ،
اَوْ عَافِيَةٍ اَوْ بَلَاۤءٍ،
اَوْ بُؤْسٍ اَوْ نَعْمَاۤءَ،
اِنَّكَ سَمِيْعُ الدُّعَاۤءِ۔
9) Mərhum Əllamə Məclisi deyir: "Bu gecələrdə ən yaxşı əməl günahların bağışlanmasını diləmək, dünya və axirət işləri üçün dua etməkdir: həm özün üçün, həm də ata-anan, qohumların və mömin qardaşlar üçün – istər həyatda olsunlar, istərsə də dünyadan köçmüş olsunlar. Həmçinin mümkün qədər müxtəlif zikrlər demək, Məhəmmədə və Ali-Məhəmmədə salavat göndərmək bəyənilən əməllərdəndir. Bəzi hədislərdə buyurulur ki, bu üç gecədə "Cövşən-Kəbir" duası oxunsun."
Hədislərin birində oxuyuruq ki, bir nəfər Həzrət Rəsulallahın (s) yanına gəlib ərz etdi: "Əgər mən Qədr gecəsini yaşasam, Allahdan nə istəyim?" Həzrət Rəsulallah (s) buyurdu: "Sağlamlıq və salamatlığı istə."