ZİL-QƏDƏNİN ON BİRİ
İmam Əli ibn Musa Rzanın (ə) səadətli doğum günüdür (hicri-qəməri 148-ci il).
ZİL-QƏDƏNİN ON BEŞİNCİ GECƏSİ
Həzrət Rəsulallah (s) buyurub ki, zil-qədə ayının on beşinci gecəsi mübarək bir gecədir. Allah bu gecə mömin bəndələrə rəhmət nəzərini salar. Kim bu gecə Allaha ibadətlə məşğul olsa, çoxlu savab əldə edər... Gecə yarı olduqda Allaha ibadət edib namaz qılın. Allahdan öz istəyinizi diləyin, çünki bu gecə kimsənin istəyi cavabsız qalmaz.
ZİL-QƏDƏNİN İYİRMİ ÜÇÜ
Bəzi rəvayətlərə görə İmam Əli ibn Musa Rzanın (ə) vəfat günüdür (hicri-qəməri 203-cü il). Bu gündə o həzrəti ziyarət etmək yaxşıdır. (Baxmayaraq ki, məşhur rəvayətə görə İmam Rzanın (ə) vəfat günü səfər ayının axırıncı günüdür.)