EN اردو RO AZ
🌐
English اردو Roman Azerbaijani
🏠 🔍
RƏCƏB AYININ BİRİNCİ GÜNÜ
Bu gün üçün də bir sıra əməllər tövsiyə olunmuşdur:
1) Oruc tutmaq: Hədislərin birində İmam Rza (ə) rəcəb ayının birinci gününün orucuna verilən böyük savabları bəyan etmişdir. Başqa bir hədisdə İmam Baqir (ə) buyurur ki, rəcəb ayının birinci günü Həzrət Nuh (ə) gəmiyə mindi. O həzrət sözünün davamında buyurdu: "Bu gün Nuh (ə) gəmiyə mindikdə onunla birlikdə olan insanlara əmr verdi ki, oruc tutsunlar. Hər kim bu gün oruc tutsa, cəhənnəm odu bir illik məsafə qədər ondan uzaq olar."
2) Qüsl etmək.
3) İmam Hüseyni (ə) ziyarət etmək: Şeyx Tusi nəql edir ki, hədislərin birində İmam Sadiq (ə) belə buyurdu: "Hər kim rəcəb ayının birinci günü İmam Hüseyni (ə) ziyarət etsə, heç şübhəsiz, Allah onu bağışlayar."
4) Cənab Salmanın namazını qılmaq. (Bu bölümdə "Cənab Salmanın Namazı" adıyla qeyd etmişik)