EN اردو RO AZ
🌐
English اردو Roman Azerbaijani
🏠 🔍
CƏMKƏRAN MƏSCİDİNİN NAMAZI
Cəmkəran məscidi müqəddəs Qum şəhərinin yaxınlığında yerləşir. Bu mübarək məscid İmam Zamanın (ə.f) göstərişi ilə tikilmişdir. Mərhum Hacı Mirza Hüseyn Nuri "Nəcmus-saqib" adlı kitabında Cəmkəran məscidinin tikilməsinin əhvalatını nəql etmişdir. Yuxuda deyil, oyaqlıqda baş verən bu əhvalatda İmam Zaman (ə.f.) Həsən Muslə Cəmkəraniyə buyurmuşdur: "Camaata de ki, bu məkana rəğbət göstərsinlər və onu qənimət hesab etsinlər. Burada dörd rəkət namaz qılsınlar: 1- İki rəkət məscidin təhiyyət namazıdır: hər rəkətdə bir dəfə Fatihə surəsi və yeddi dəfə "Tovhid" surəsini oxu. Rükunun zikrini yeddi dəfə (Subhanə rəbbiyəl azimi və bihəmdih) və hər səcdənin zikrini yeddi dəfə deyin (Subhanə rəbbiyəl ə`əla və bihəmdih); 2- İki rəkət İmam Zaman (ə.f.) namazıdır: Birinci rəkətdə Fatihə surəsini oxumaqa başlayır və
اِيَّاكَ نَعْبُدُ وَ اِيَّاكَ نَسْتَعِيْنُ۔
ayəsinə çatdıqda onu yüz dəfə təkrar et. Daha sonra Fatihə surəsini tamamla və bir dəfə "Tovhid" surəsini oxu. Rüku və səcdələrin zikrini yeddi dəfə de. İkinci rəkəti də eyni qayda ilə qıl. Namazı qılıb qurtardıqdan sonra bir dəfə "Lə iləhə illəllah" de, daha sonra Xanım Fatimə-Zəhra (s.ə.) təsbihini de. Təsbihdən sonra səcdəyə get və 100 dəfə salavat de. İmam Zaman (ə.f.) buyurmuşdur: "Kim bu iki namazı qılsa, sanki Kəbədə namaz qılmışdır."