GECƏ NAMAZI (QISA)
GECƏ NAFİLƏSİ
Gecə nafiləsi səkkiz rəkətdir: hər iki rəkətdən sonra salam deyirsən, yəni gecə namazı iki rəkət-iki rəkət qılınır. Birinci iki rəkətdə hər rəkətdə Fatihədən sonra İxlas surəsini oxu. Yaxud birinci rəkətdə Fatihədən sonra İxlas surəsini və ikinci rəkətdə Kafirun surəsini oxu. Qalan altı rəkətdə isə Fatihədən sonra istədiyin surəni (məsələn, İxlas surəsini) oxu. Həmçinin təkcə Fatihə surəsini oxumaq da caizdir (icazə verilir).
Vacib namazlarda ikinci rəkətdə qunut tutmaq müstəhəb olduğu kimi, gecə namazında da ikinci rəkətdə qunut tutmaq müstəhəbdir.
ŞƏF NAMAZI
Səkkiz rəkət gecə namazından sonra iki rəkət "şəf" namazı qıl. Hər rəkətdə Fatihədən sonra İxlas surəsini oxu. Bunun savabı Quranı xətm etməyə bərabərdir, çünki İxlas surəsi Quranın üçdə biri ünvanındadır. Yaxud "şəf" namazının birinci rəkətində Fatihədən sonra Nas surəsini, ikinci rəkətində Fələq surəsini oxu.
VƏTR NAMAZI
Şəf namazını bitirdikdən sonra bir rəkət "vətr" namazını qıl. Fatihədən sonra İxlas surəsini oxu. Yaxud Fatihədən sonra üç dəfə
Vətr namazında Fatihə və "Surə"dən sonra qunut tut. Qunutda istədiyin duaları et, Allahdan dünya və axirət istəklərini istə.
Şeyx Tusi "Misbahul-mutəhəccid" kitabında yazır: ""Vətr" namazının qunutunda istədiyin duanı oxu. Bu qunutda oxuya biləcəyin dualar o qədər çoxdur ki, saya gəlmir." Qunutda bu duanı oxuya bilərsən:
لَاۤ اِلٰهَ اِلَّا اللّٰهُ الْحَلِيْمُ الْكَرِيْمُ لَاۤ اِلٰهَ اِلَّا اللّٰهُ الْعَلِىُّ الْعَظِيْمُ سُبْحَانَ اللّٰهِ رَبِّ السَّمٰوَاتِ السَّبْعِ وَ رَبِّ الْاَرَضِيْنَ السَّبْعِ وَ مَا فِيْهِنَّ وَ مَا بَيْنَهُنَّ وَ مَا فَوْقَهُنَّ وَ مَا تَحْتَهُنَّ وَ هُوَ رَبُّ الْعَرْشِ الْعَظِيْمِ وَ سَلَامٌ عَلَي الْمُرْسَلِيْنَ وَالْحَمْدُ لِلّٰهِ رَبِّ الْعَالَمِيْنَ يَا اَللهُ الَّذِيْ لَيْسَ كَمِثْلِهِ شَيْءٌ وَ هُوَ السَّمِيْعُ الْبَصِيْرُ وَصَلِّ عَلٰى مُحَمَّدٍ وَّ اٰلِ مُحَمَّدٍ۔
O, həmçinin yazır: "Müstəhəbdir ki, insan qunutda Allah qorxusundan (və ya sevgisindən) ağlasın və ya kövrəlsin, mömin qardaşlar üçün dua etsin. Yaxşı olar ki, qırx möminin adını çəkib onlara dua etsin (onlar üçün bağışlanma istəsin). Çünki qırx möminə dua edənin duası müstəcab olar, inşallah." Möminə bağışlanma diləmək üçün bu cümləni sonra möminin adını de:
اَللّٰهُمَّ اغْفِرْ لِهٰذَا۔۔۔۔۔
Yaxşı olar ki, qunutda yetmiş dəfə deyəsən:
اَسْتَغْفِرُاللهَ رَبِّىْ وَ اَتُوْبُ اِلَيْهِ۔
Hədisə istinadən Həzrət Rəsulallah (s) "vitr" namazında yetmiş dəfə istiğfar edər və yeddi dəfə bu cümləni deyərdi:
هٰذَا مَقامُ الْعَاۤئِذِ بِكَ مِنَ النَّارِ۔
Həmçinin hədisə istinadən, İmam Zeynul-abidin (ə) "vitr" namazında üç yüz dəfə deyərdi:
اَلْعَفْوَ اَلْعَفْوَ۔
Daha sonra bu cümlələri de:
رَبِّ اغْفِرْلِىْ وَارْحَمْنِىْ وَ تُبْ عَلىَّ اِنَّكَ اَنْتَ التَّوَّابُ الْغَفُوْرُ الرَّحِيْمُ۔
Sonra səcdəyə get və namazı başa çatdır. Namazdan sonra Xanım Fatimə-Zəhra (s.ə) təsbihini de. Sonra üç dəfə bu zikri de:
اَلْحَمْدُ لِرَبِّ الصَّبَاحِ الْحَمْدُ لِفَالِقِ الْاِصْبَاحِ۔
Yaxşı olar ki, Hazin duasını oxuyasınız. Dua belədir:
اُنَاجِیْكَ یَا مَوْجُوْدً فِی كُلِّ مَكَانٍ لَعَلَّكَ تَسْمَعُ نِدَاۤئِی فَقَدْ عَظُمَ جُرْمِیْ وَ قَلَّ حَیَاۤئِی یَا مَوْلَایَ اَیَّ الْاَهْوَالِ اَتَذَكَّرُ وَ اَیَّهَا اَنْسٰی وَ لَوْ لَمْ یَكُنْ اِلَّا الْمَوْتُ لَكَفٰی كَیْفَ وَ مَا بَعْدَ الْمَوْتِ اَعْظَمُ وَ اَدْهٰی مَوْلَایَ یَا مَوْلَایَ حَتّٰی مَتٰی وَ اِلٰی مَتٰی اَقُوْلُ لَكَ الْعُتْبٰی مَرَّةً بَعْدَ اُخْرٰی ثُمَّ لَا تَجِدُ عِنْدِیْ صِدْقًا وَ لَا وَفَاۤءً فَیَا غَوْثَاهُ ثُمَّ وَا غَوْثَاهُ بِكَ یَاۤ اَللهُ مِنْ هَوًی قَدْ غَلَبَنِیْ وَ مِنْ عَدُوٍّ قَدِ اسْتَكْلَبَ عَلَیَّ وَ مِنْ دُنْیَا قَدْ تَزَیَّنَتْ لِیْ وَ مِنْ نَفْسِ اَمَّارَةٍ بِالسُّوْۤءِ اِلَّا مَا رَحِمَ رَبِّیْ مَوْلَایَ یَا مَوْلَایَ اِنْ كُنْتَ رَحِمْتَ مِثْلِیْ فَارْحَمْنِیْ وَ اِنْ كُنْتَ قَبِلْتَ مِثْلِیْ فَاقْبَلْنِیْ یَا قَابِلَ السَّحَرَةِ اقْبَلْنِیْ یَا مَنْ لَمْ اَزَلْ اَتَعَرَّفُ مِنْهُ الْحُسْنٰی یَا مَنْ یُغَذِّیْنِیْ بِالنِّعَمِ صَبَاحًا وَ مَسَاۤءً اِرْحَمْنِیْ یَوْمَ اٰتِیْكَ فَرْدًا شَاخِصًا اِلَیْكَ بَصَرِیْ مُقَلَّدًا عَمَلِیْ قَدْ تَبَرَّاَ جَمِیْعُ الْخَلْقِ مِنِّیْ نَعَمْ وَ اَبِیْ وَ اُمِّیْ وَ مَنْ كَانَ لَهُ كَدِّیْ وَ سَعْیِیْ فَاِنْ لَمْ تَرْحَمْنِیْ فَمَنْ یَرْحَمُنِیْ وَ مَنْ یُؤْنِسُ فِی الْقَبْرِ وَحْشَتِیْ وَ مَنْ یُنْطِقُ لِسَانِیْ اِذَا خَلَوْتُ بِعَمَلِیْ وَ سَاَلْتَنِیْ عَمَّاۤ اَنْتَ اَعْلَمُ بِهِ مِنِّیْ فَاِنْ قُلْتُ نَعَمْ فَاَیْنَ الْمَهْرَبُ مِنْ عَدْلِكَ وَ اِنْ قُلْتُ لَمْ اَفْعَلْ قُلْتَ اَ لَمْ اَكُنِ الشَّاهِدَ عَلَیْكَ فَعَفْوُكَ عَفْوُكَ یَا مَوْلَایَ قَبْلَ سَرَابِیْلِ الْقَطِرَانِ عَفْوُكَ عَفْوُكَ یَا مَوْلَایَ قَبْلَ جَهَنَّمَ وَ النِّیْرَانِ عَفْوُكَ عَفْوُكَ یَا مَوْلَایَ قَبْلَ اَنْ تُغَلَّ الْاَیْدِیْ اِلَی الْاَعْنَاقِ یَاۤ اَرْحَمَ الرَّاحِمِیْنَ وَ خَیْرَ الْغَافِرِیْنَ۔
Sonra səcdəyə get (bu böyük uğur üçün – gecə namazı qılmağa müvəffəq ola bildiyin üçün – şükür səcdəsi et) və beş dəfə de:
سُبُّوْحٌ قُدُّوْسٌ رَبُّ الْمَلَاۤئِكَةِ وَالرُّوْحِ۔