Mötəbər bir hədisdə İmam Sadiq (ə) buyurub: "Cümə gecəsi və gümə günü səmadan yerə bir dəstə mələk enir ki, cümə gününün qürubunadək onların işi Məhəmmədə və Ali-Məhəmmədə salavat deyənlərin savabını yazmaqdır."
Sonra o həzrət buyurdu: "Cümə günü min dəfə və başqa günlərdə yüz dəfə salavat demək sünnədir."
Başqa bir hədisdə Həzrət Rəsulallah (s) buyurub: "Çox işıqlı gecədə və çox aydın gündüzdə, yəni cümə gecəsi və cümə günündə mənə çoxlu salavat göndərin." O həzrətdən soruşdular: "Çoxlu salavat dedikdə nə qədər salavatı nəzərdə tutursunuz?" O həzrət buyurdu: "Yüz dəfə və nə qədər artıq olsa daha yaxşıdır."
Hədisə istinadən salavatı bu qaydada demək müstəhəbdir: