EN اردو RO AZ
🌐
English اردو Roman Azerbaijani
🏠 🔍
İMAM HÜSEYNİN (Ə) NAMAZI
Bu namaz dörd rəkətdir (iki rəkət-iki rəkət qılınır). Hər rəkətdə əlli dəfə Fatihə surəsi və əlli dəfə İxlas surəsi oxunur. Həmçinin rükuda (rükunun zikrindən sonra) on dəfə Fatihə və on dəfə İxlas surəsi, rükudan qalxıb ayaq üstə dayandıqda yenə də on dəfə Fatihə və on dəfə İxlas surəsi, birinci səcdədə (səcdənin zikrindən sonra), birinci səcdədən qalxıb əyləşdikdə və ikinci səcdədə on dəfə Fatihə və on dəfə İxlas surəsi oxunur. Namazı qılıb qurtardıqdan sonra İmam Hüseynin (ə) duasını oxuyun.