EN اردو RO AZ
🌐
English اردو Roman Azerbaijani
🏠 🔍
ŞÜKÜR SƏCDƏSİ
Mötəbər hədislərin birində İmam Baqir (ə) buyurub: "Atam Əli ibn Hüseyn (ə) Allahın bir nemətini xatırladığı vaxt onun şükranəsi olaraq səcdə edərdi, səcdəsi olan ayəni oxuduğu vaxt səcdə edərdi, qorxduğu bir bəlanı Allah ondan uzaqlaşdırdığı vaxt buna görə səcdə edərdi, hər vacib namazı qılıb qurtardıqdan sonra səcdə edərdi, iki nəfərin arasını düzəltdikdə bunun şükranəsi olaraq səcdə edərdi." O həzrətin səcdə əzalarından onun çox səcdə etdiyi görünürdü və buna görə də onu "Səccad" adlandırmışlar. İmam Rza (ə) buyurub: "Şükür səcdəsində yüz dəfə deyə bilərsən [Şukrən, Şukrən, Əfvən, Əfvən]:
«شُكْرًا شُكْرًا»
«عَفْوًا عَفْوًا»
Həmçinin İmam Sadiq (ə) buyurub ki, şükür səcdəsində ən azı üç dəfə de [Şukrən lilləh]:
«شُكْرًا لِلّٰهِ»